Daxili istehsalın artması bir sıra məhsulların idxalını azaldıb
Tarix: 16.05.2018 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


Ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər kənd təsərrüfatı məhsullarının istehsalının artmasına səbəb olur. Bunun nəticəsidir ki, artıq bir çox məhsullarda artım müşahidə olunur. Təbii ki, bu artım bir sıra məhsulların idxalının azalmasına gətirib çıxarır. Ölkə başçısı da çıxışlarında dəfələrlə bildirib ki, fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir. Azərbaycanın əksər kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı üzrə müqayisəli üstünlükləri yüksəkdir ki, bu da müvafiq məhsullar üzrə istehsal potensialının artırılması hesabına daxili bazarda bir sıra idxal məhsullarının əvəzlənməsinə və rəqabətqabliyyətli məhsulların ixracının genişləndirilməsinə imkan verir. 2016-cı ildə təsdiq edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə ixracın daha da artırılmasına xüsusi yer verilir. Burada göstərilir ki, 2025-ci ilədək kənd təsərrüfatı məhsullarının emalı sektorunda ən az bir neçə yerli aparıcı müəssisənin yaradılması nəzərdə tutulub. Bu aqrar-sənaye müəssisələri öz ixrac potensialını yüksəldərək ixrac bazarlarının sayını artıracaq (Avropa bazarı kimi Qərb bazarları da daxil olmaqla) və dünya ticarətində mühüm paya sahib olacaq. Həmin dövrdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrində yerli şirkətlərlə yanaşı, xarici şirkətlər də geniş fəaliyyət göstərəcək.
2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 8 milyard 677 milyon 959 min dollar təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, dörd ayda ticarət əməliyyatlarının ümumi həcminin 3 milyard 26 milyon 51 min dolları idxalın, 5 milyard 651 milyon 907 min dolları isə ixracın payına düşür.

Meyvə-tərəvəz ixracı 22 faiz artıb


Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 111 mln. 131,18 min dollar dəyərində 104 min 311,18 ton meyvə-tərəvəz ixrac edib. Bu barədə Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatında bildirilir. Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 4 ayı ilə müqayisədə 19 min 575,07 ton və ya 21,67 faiz çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 23 mln. 840,24 min dollar və ya 27,31 faiz çoxdur. Xatırladaq ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrə 87 mln. 290,94 min dollar dəyərində 85 min 736,11 ton meyvə-tərəvəz ixrac edilib.
Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında meyvə-tərəvəzin ixracı Azərbaycanın ümumi ixracının 1,97 faizini təşkil edib.

Şəkər idxalı 5 dəfədən çox azalıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 8 mln. 641,17 min dollar dəyərində 19 min 145,94 ton şəkər idxal edib. Bu, həcm baxımından 2017-ci ilin 4 ayı ilə müqayisədə 83 min 282,24 ton və ya 5,35 dəfə azdır. Məbləğ baxımından isə illik nisbətdə 39 mln. 460,24 min dollar və ya 5,57 dəfə azdır.
Xatırladaq ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 48 mln. 101,41 min dollar dəyərində 102 min 428,18 ton şəkər idxal edilib.
Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında şəkər idxalı Azərbaycanın ümumi idxalının 0,29 faizini təşkil edib.

Kərəyağı və tütün idxalı azalıb

Bu ilin yanvar-aprel ayları ərzində 34 mln. 928,16 min dollar dəyərində tütün idxal olunub.
Bu, məbləğ baxımından illik nisbətdə 10 mln. 147,23 min dollar və ya 22,51 faiz azdır. Qeyd edək ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 45 mln. 075,39 min dollar dəyərində tütün idxal edilib. Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında tütün idxalı Azərbaycanın ümumi idxalının 1,15%-ni təşkil edib.
Həmçinin bu ilin yanvar-aprel ayları ərzində 25 mln. 771,57 min dollar dəyərində 4 320,97 ton kərəyağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Bu isə həcm baxımından 2017-ci ilin 4 ilə müqayisədə 955,05 ton və ya 18,10% azdır. Məbləğ baxımından isə illik nisbətdə 5 mln. 502,28 min dollar və ya 27,14% çoxdur. Qeyd edək ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 20 mln. 269,29 min dollar dəyərində 5 276,02 ton kərəyağı və süddən hazırlanmış digər yağlar idxal edilib. 2018-ci ilin yanvar-aprel aylarında kərəyağı Azərbaycanın ümumi idxalının 0,85%-ni təşkil edib.
Bu ilin yanvar-mart ayları ərzində 19 mln.357,37 min dollar dəyərində 13 465,86 ton ət idxal olunub. Məlumata görə, bu, həcm baxımından ötən ilin eyni dövrü ilə müqayisədə 1 501,1 ton və ya 10,03% azdır. Məbləğ baxımından isə illik nisbətdə 1 mln. 819,77 min dollar və ya 8,59% azdır. Qeyd edək ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 21 mln. 177,14 min dollar dəyərində 14 966,96 ton ət idxal edilib.
Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında ət məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,64%-ni təşkil edib.

Bu il qızıl istehsalı 5 dəfəyə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında ölkədə 1 758,2 kq qızıl istehsal edilib. Bu, 2017-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 4,7 dəfə çoxdur. Cari il mayın 1-nə 54 kq hazır məhsul ehtiyatı yaranıb. Bu ilin yanvar-aprel aylarında ölkədə 249,0 kq gümüş istehsal edilib ki, bu da 2017-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 2,3 dəfə çoxdur. Bu ilin mayın 1-nə 18,3 kq hazır məhsul ehtiyatı yaranıb.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.07.2018
Gəncədə inşa edilən mərmər zavodunda 280 nəfər işlə təmin olunacaq
20.07.2018
Sərnişinlərin 49 faizi təyyarədə mobil telefondan istifadənin əleyhinədir
20.07.2018
“Azərbaycanın inkişafını gənclərsiz təsəvvür etmək mümkün deyil”
20.07.2018
Xızıda yerləşən Külək Elektrik Stansiyalarında təmir və bərpa işləri aparır
20.07.2018
“Azərişıq” Qızılağac aqroparkın elektrik təchizatı üçün yarımstansiyalar inşa edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9674

1 “Gücüm çatan qədər Azərbaycanın Pakistanda təbliğatını aparıram”
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info