Nazarbayevdən təklif: Xəzər dənizi ilə Qara dənizi birləşdirən gəmi kanalı çəkilsin
Tarix: 16.05.2018 | Saat: 19:35:00 | E-mail | Çapa göndər
Avrasiya kanalı hazırda istifadədə olan Volqa-Don kanalından təxminən 1000 km qısa, illik buraxılış imkanı da 45 milyon ton olacaq
Avrasiya İttifaqının bir neçə gün əvvəl Soçidə keçirilən sammiti maraqlı bir təkliflə yadda qalıb. Rusiya mətbuatı həmin sammitdə Qazaxıstan dövlət başçısı Nazarbayevin rusiyalı həmkarı Putinə etdiyi təklifi geniş müzakirə edir. Nazarbayev Xəzər dənizi ilə Qara dənizi birləşdirən gəmi kanalının çəkilməsinin təklif edib. Nazarbayevin bu təklifinin yeni olmadığı bəllidir. Qazaxıstan dövlət başçısı hələ 11 il əvvəl də belə bir kanalın yaradılması təklifi ilə çıxış etmişdi. Amma bu təklif Moskva tərəfindən soyuq qarşılandığından geniş müzakirəyə səbəb olmamışdı. Amma hazırda Avrasiya İttifaqına üzv olan ölkələrdə müəyyən iqtisadi çətinliklər yaşanır. Əsasən də, Rusiyanın ABŞ sanksiyaları ilə bağlı müəyyən çətinlikləri var. Belə bir situasiyada Qara dənizlə Xəzər dənizi arasında gəmiçilik üçün yararlı olan kanalın inşa edilməsi iqtisadi münasibətlərdə müəyyən canlanma yarada bilər. Ona görə də 11 il əvvəldən fərqli olaraq, bu gün Rusiya mətbuatı Nazarbayevin təklifinə isti münasibətlə yanaşır. Nazarbayev meqalayihəni Putinlə görüşdə səsləndirdikdən sonra Avrasiya İttifaqının ümumi iclasındakı çıxışında da gündəmə gətirib: “Qara dənizlə Xəzər dənizini birləşdirəcək Avrasiya gəmi kanalının inşası böyük perspektivli layihədir”. Layihənin dəyəri 15 milyard dollar civarında qiymətləndirilir. Tikintinin isə təxminən 10 ilə tamamlanması güman edilir. Məlumat üçün bildirək ki, hazırda Xəzər dənizindən Qara dənizə çıxmaq üçün Volqa çayı, Volqa-Don kanalı və Azov dənizindən istifadə edilir. Nazarbayevin təklif etdiyi Avrasiya kanalı isə Volqa-Don istiqamətindən təxminən 1000 km qısadır. Yeni kanalın buraxılış imkanı da Volqa-Don kanalından çox olacaq. İlkin hesablamaya görə, Avrasiya kanalının buraxılış gücü illik 45 milyon ton yük ola bilər. Yeni kanalı “Nezavisimaya qazeta”ya şərh edən professor Vladimir Krivoşey bildirib ki, Qazaxıstan faktiki olaraq Rusiyadan yan keçən, Trassibə paralel olan yeni beynəlxalq nəqliyyat dəhlizi yaradılmasını təklif edir: “Bu layihənin reallaşması halında Qazaxıstanın ildə 2-4 milyard dollar qazanc əldə edə bilər. Rusiyanın isə itkisi bundan çox olacaq”. Ekspert bunu onunla izah edir ki, yeni dəhlizin işə düşməsi halında Transsiblə daşınan yüklərin bir qismi Avrasiya kanalına transfer olunacaq. Ekspert onu da sözlərinə əlavə edib ki, kanalın tikintisinin miqyası çox genişdir və ilkin hesablamalar göstərir ki, onun dəyəri 15 yox, təxminən 25 milyard dollara qədər yüksələ bilər. Avrasiya kanalının hansı mənbələr hesabına maliyyələşəcəyi sual altındadır. Rusiya tərəfinin sanksiyalar altında olduğu bir vaxtda Xəzər dənizilə Qara dənizi birləşdirəcək kanal üçün bu qədər vəsait ayırması inandırıcı deyil. Qazaxıstan isə təkbaşına bu qədər yükün altına girə bilməz. Politoloq Sergey Markov hesab edir ki, Avrasiya İttifaqı böhran içindədir və belə bir kanal iqtisadi canlanma yarada bilər: “Avrasiya İttifaqı Avropa İttifaqının şərqində olan ölkələrin yaratdığı regional birlikdir. Amma praktika göstərdi ki, Avropa İttifaqı qonşuluğunda rəqabətə davam gətirə biləcək iri ittifaq yaradılmasını istəmir. Ona görə də Avropa İttifaqı Avrasiya İttifaqının potensial üzvlərinə Aİ-nin bazarlarına daxil olma şansı ilə birlikdə periferik əməkdaşlıq statusu təklif edir. ABŞ və Avropa İttifaqı Rusiyanın gücünün artmasını istəmir. Ona görə də həm Rusiyaya, həm də Avrasiya İttifaqına təzyiqlər edilir. Bu səbəbdən birliyin inkişafı dayanıb. Heç kim Rusiya ilə əməkdaşlığa görə cəzalanmaq istəmir. Belə bir cəza ilə açıq şəkildə təhdid edirlər. Tərəfdaşlar da, sadəcə olaraq, qorxurlar”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
25.05.2018
Türkmənistan TANAP-a, Qazaxıstan Bakı-Tbilisi-Ceyhana qoşulur
25.05.2018
Türkiyədə AXC-nin 100 illiyi ilə bağlı futbol turniri keçirilib
25.05.2018
Franasada “Şərqin birinci dünyəvi parlamentli respublikası: dəyərlər və irs” adlı elmi konfrans keçirilib
25.05.2018
Senator: “Azərbaycan regionda və dünyada mühüm rol oynayır”
24.05.2018
Merkel Ağ Ev qarşısında geri çəkilir: “Avropa şirkətləri İrandan getməli olacaq“

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9318

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 “Separatçıların danışıqlarda iştirakını təklif etmək sülh prosesini öldürmək deməkdir”
3 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
4 “Xalqına nifrət edən şəxs, o xalqın fəxri adını daşıya bilməz”
5 “AzerGold” QSC AXC-nin 100 illiyi münasibəti ilə təqaüd proqramı elan edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info