“Molla Nəsrəddinin beş arvadı” Sumqayıtda
Tarix: 17.05.2018 | Saat: 11:40:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi Sumqayıt Dövlət Dram Teatrının səhnəsində məşhur özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” adlı ikihissəli komediyanı təqdim edib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 və milli peşəkar teatrın yaradılmasının 145 illiyinə həsr edilən “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində nümayiş edilən səhnə əsərinin quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri Əməkdar Artist Zakir Ağayev və Yelena Ağayeva, rejissor-assistenti Tamilla Aslanovadır. Səhnə əsərində rolları Əməkdar artistlər Əkbər Əlizadə, Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, Gülnarə Əzizova, Mehriban Zalıyeva, Əliməmməd Novruzov, Ağaxan Şərifov, Pərviz Məmmədov və Fərid Rzayev ifa ediblər.
Dilsuz Mustafayevin Azərbaycan dilinə tərcümə etdiyi səhnə əsərinin ilk baxışdan sadə süjet xəttinə malik olduğu görünsə də, hadisələr inkişaf etdikcə əslində, bu sadəliyin altında çox dərin mətləblərin gizləndiyi üzə çıxmağa başlayır. Türk dünyasının kamillik, müdriklik simvolu olan Molla Nəsrəddinin beş arvadı ilə macəraları, tərəflərin bir-birinə qarşı qurduğu oyunlar, hiylələr gülməli olduğu qədər də düşündürücüdür. Dinamik hadisələr, gözlənilməz və qəhqəhə dolu situasiyalarla zəngin olan səhnə əsərində bir daha Molla Nəsrəddinin bütün dövrlərin müasiri olduğu təsdiqini tapır.




 
Bölməyə aid digər xəbərlər
20.08.2018
Daşkənddə Maqsud Şeyxzadə haqqında sənədli film hazırlanır
18.08.2018
Anna Netrebko və Yusif Eyvazovun Monakoda konserti olacaq
18.08.2018
Nəzrin Rəşidova Litvada keçiriləcək festival-konfransda çıxış edəcək
17.08.2018
Madonna 60 illiyini qeyd etdi
16.08.2018
Bakıda perulu rəssamların fərdi sərgisi keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9914

1 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
2 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”
5 Orxan Camal Kazanda anılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info