Marvin Hier: “Azərbaycan ilə əməkdaşlığa böyük önəm veririk”
Tarix: 17.05.2018 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi, Azərbaycanda yaşayan müxtəlif dini icmaların rəhbərlərindən ibarət nümayəndə heyəti ABŞ-ın Kaliforniya ştatına səfəri çərçivəsində ölkədə fəaliyyət göstərən ən aparıcı və nüfuzlu yəhudi təşkilatlarından olan Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) Los Anceles ofisinin rəhbərliyi və dünyanın ən böyük yəhudi təşkilatlarından olan, 400 min yəhudi ailəsini özündə birləşdirən Simon Vizental Mərkəzinin sədri Ravvin Marvin Hier ilə görüşlər keçirib.
 
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan  verilən xəbərə görə, baş konsul Nəsimi Ağayevin də iştirak etdiyi görüşlər zamanı Azərbaycanın zəngin multikulturalizm ənənələri, ölkədə mövcud olan yüksək tolerantlıq və harmoniya haqqında geniş fikir mübadiləsi aparılıb. Görüşlərdə Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqlara malik olduğu və sülh şəraitində dinc yanaşı yaşadığı, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdikləri diqqətə çatdırılıb. DQİDK sədri M. Qurbanlı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev multikulturalizm və dinlərarası tolerantlığı dövlət siyasəti səviyyəsinə yüksəldib.
 
AIPAC-ın Los Anceles ofisinin rərbərliyi və ravvin M.Hier də öz növbələrində təmsil etdikləri təşkilatların Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiklərini, Azərbaycandakı tolerantlıq mühitini yüksək qiymətləndirdiklərini qeyd ediblər.
 
Görüşlərdə Azərbaycan ilə ABŞ, eləcə də Azərbaycan ilə İsrail arasında münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
Cənubi Koreyada Ali Məhkəmənin sabiq sədri həbs olunub
24.01.2019
Moskvada Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
23.01.2019
İran Fars körfəzində yeni neft ehtiyatı aşkarlayıb
23.01.2019
Donald Trampa NATO-dan çıxmağı qadağan etdilər
23.01.2019
Fransalı nazir polis zorakılığını etiraf etməyə məcbur olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info