Tarix İnstitutunda Zəngəzurun tarixi ilə bağlı dissertasiya müdafiə olunub
Tarix: 17.05.2018 | Saat: 12:29:00 | E-mail | Çapa göndər


Prezidentin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncamına uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Azərbaycanın Zəngəzur bölgəsinin demoqrafik vəziyyətində dəyişikliklər (XIX əsr-XX əsrin 20-ci illəri)” mövzusunda dissertasiya müdafiəsi keçirilib. Tarix İnstitutundan verilən məlumata görə, dissertasiya işinin müəllifi Hacı Abdulla, elmi rəhbər isə institut direktoru, akademik Yaqub Mahmudovdur.
Yaqub Mahmudov qeyd edib ki, ulu öndər Heydər Əliyev tarixçilər qarşısında Azərbaycanın XIX-XX əsrlər tarixinin yenidən yazılması vəzifəsini qoymuşdu: “İnstitutda Azərbaycan xalqına qarşı soyqırımları tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. “Virtual Qarabağ” İKT Mərkəzi ilə birgə “İrəvan - gizlədilmiş həqiqətlər” və “Zəngəzur” sənədli filmlərini hazırlamışıq. Tarix İnstitutunda “Zəngəzur tarixi” adlı fundamental tədqiqat nəşrə hazırlanır”.
Bildirilib ki, dissertasiyada Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq XIX-XX əsrin əvvəllərində Azərbaycanın Zəngəzur bölgəsində əhalinin demoqrafik durumu sistemli şəkildə, arxiv materialları əsasında tədqiq olunub.
Dissertant Hacı Abdulla çıxışında qeyd edib ki, 1917-ci ildə erməni təcavüzü nəticəsində Zəngəzur qəzasının 109 kəndi dağıdılmış və müsəlman əhalisinin sayı xeyli azalmışdı: “Arxiv sənədləri sübut edir ki, 1918-1920-ci illərdə ermənilər Zəngəzurda on minlərlə dinc türk-müsəlman əhalini etnik mənsubiyyətinə görə amansızcasına qətlə yetirib. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının materiallarının 2 cildi Zəngəzur qəzasındakı soyqırımları əks etdirir”.
Qeyd edək ki, Xalq Cümhuriyyəti hökumətinin xarici işlər naziri Fətəli xan Xoyski Ermənistan Respublikası Xarici İşlər Nazirliyinə göndərdiyi notada bildirirdi ki, Ermənistan ordusu üzərinə götürdüyü öhdəlikləri pozaraq qısa vaxt ərzində Zəngəzurda 40-a yaxın Azərbaycan kəndini dağıdıb.
Hacı Abdulladan başqa, Tarix İnstitutunun Dissertasiya Şurasında “Çar Rusiyasının işğalından sonra Şimali Azərbaycanın tarixi ərazi sistemində aparılan dəyişikliklər (XIX-XX əsrin əvvəlləri)” adlı dissertasiyanın müdafiəsi də olub. Dissertasiya işinin müəllifi Elmir Əliyev, elmi rəhbər isə akademik Yaqub Mahmudovdur. Məlumat üçün bildirək ki, dissertasiyanın başlıca mənbə bazasını Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin və xarici ölkələrin arxiv sənəd və materialları təşkil edir.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.08.2018
Fiziki məhdudiyyəti olanların yaradıcılıq sərgi-müsabiqəsi keçiriləcək
20.08.2018
Milli Qəhrəman Çingiz Qurbanova həsr olunmuş tədbir keçirilib
20.08.2018
UNEC nüfuzlu CFA İnstitutunun akkreditasiyasını qazanıb
18.08.2018
Dövlət qulluğuna qəbul üçün növbəti imtahan keçirilir
18.08.2018
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 99 il ötür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9914

1 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
2 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”
5 Orxan Camal Kazanda anılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info