Tacikistanda AXC-nin 100 illiyi münasibətilə rəsmi qəbul keçirilib
Tarix: 17.05.2018 | Saat: 12:38:00 | E-mail | Çapa göndər


Azərbaycanın Tacikistandakı səfirliyi 28 May–Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Düşənbə şəhərindəki “Serena” mehmanxanasında rəsmi qəbul keçirib.
Mərasimdə Tacikistanın dövlət rəsmiləri, deputatlar, görkəmli ziyalılar, ölkə ictimaiyyətinin tanınmış simaları, diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, jurnalistlər, bu ölkədə yaşayan və işləyən soydaşlarımız iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycanın və Tacikistanın dövlət himnlərini səsləndirilib.
Ölkəmizin Tacikistandakı səfiri Həsən Məmmədzadə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, qısa müddətdə dövlət quruculuğu sahəsində görülən işlər barədə danışıb. Bildirilib ki, cəmi 11 ay ərzində Azərbaycan Xalq Cümhuriyyətində bütün dövlət atributları yaradılıb, Şərqdə ilk dəfə olaraq parlamentli respublika qurulub, bir çox Avropa ölkələrindən də əvvəl qadınlara seçki hüququ verilib, qonşu dövlətlərlə və Avropa ölkələri ilə diplomatik əlaqələr qurulub, opera təsis edilib, qızlar məktəbi açılıb. Səfir 1920-ci ildə aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 11-ci Qızıl Ordu tərəfindən işğal olunmasından sonra süqutu uğradığını qeyd edib.
H.Məmmədzadə 1991-ci ildə yenidən müstəqillik əldə edən respublikamızın ilk illərdə müharibə və xaosla üzləşməsi, nəticədə 20 faiz torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, 1 milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrilməsi barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd edilib ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın istəyi və tələbi ilə hakimiyyətə qayıtması nəticəsində müstəqil, suveren Azərbaycanın dinamik inkişafının əsası qoyulub. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük müdriklik, qətiyyət və cəsarətlə həyata keçirildiyi bildirilib. Bu siyasətin nəticəsi olaraq, Azərbaycan bu gün regionun ən qüdrətli dövlətinə, həmçinin dünya miqyasında sözü və mövqeyi olan dövlətə çevirilib.
Səfir Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər barədə geniş məlumat verib, ölkədə hər il müxtəlif beynəlxalq idman yarışlarının, humanitar forumların, musiqi festivallarının və digər irimiqyaslı tədbirlərin keçirildiyini qeyd edib.
Azərbaycan-Tacikistan əlaqələrindən söz açan diplomat, iki ölkə arasında münasibətlərin tarixi köklərə söykəndiyini deyib. Ölkələrimizin regional və beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə daim dəstək verdiyi vurğulanıb. O, həmçinin ölkələrimiz arasında 45-dək rəsmi sənədin imzalandığını, parlamentlərarası qrupunun fəaliyyət göstərdiyini qeyd edib, hökümətləarası komissiyanın növbəti iclasının Düşənbədə keçiriləcəyini diqqətə çatdırıb.
Tacikistanın xarici işlər Naziri Sirocadin Aslov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Tacikistan hökuməti adından xalqımızı təbrik edib, Azərbaycan xalqına və dövlətinə daha böyük uğurlar arzulayıb.
Nazir Tacikistan-Azərbaycan münasibətlərindən məmnunluğunu ifadə edib, bundan sonra da müxtəlif sahələrdə ikitərəfli münasibətləri genişləndirmək üçün geniş imkanların olduğunu bildirib.
Qəbul zamanı Azərbaycan Xalq Cümhuriyyətinin tarixini əks etdirən fotosərgi də nümayiş etdirilib. Həmçinin Azərbaycan mədəniyyətini, tarixi abidələrini, milli mətbəxini, Bakı şəhərinin və regionların bugünkü mənzərələrini əks etdirən videogörüntülər nümayiş etdirilib.
Daha sonra gənc xanəndə, VI muğam müsabiqəsinin qalibi Almaxanım Əhmədli konsert proqramı ilə çıxış edib.
Tədbirin rəsmi hissəsindən sonra ziyafət verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.08.2018
“ArmenianReport”: “Kreml Paşinyanla döyüşə başlayır”
18.08.2018
Stepan Qriqoryan: “Koçaryan siyasətə öz iradəsi ilə qayıtmır”
17.08.2018
Vardan Bostanjyan: “Ermənistanda iqtisadi siyasət yoxdur”
17.08.2018
Sabiq erməni baş nazirin qızının evində axtarış
15.08.2018
Ermənistanda unun qiyməti bahalaşdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9914

1 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
2 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”
5 Orxan Camal Kazanda anılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info