“AtaBank” “AtaNet” Mobil əlavəsini ictimaiyyətə təqdim etdi
Tarix: 17.05.2018 | Saat: 13:33:00 | E-mail | Çapa göndər
Bu gün Azərbaycanın qabaqcıl banklarından biri olan “AtaBank” ASC yeni “AtaNet” mobil bankçılıq məhsulunun təqdimat mərasimini keçirdi. “AtaNet” korporativ biznes nümayəndələrinin, sahibkarların və fərdi müştərilərin ehtiyac və tələblərinə uyğun olaraq işlənib hazırlanmışdır. Təqdimat mərasimində yeni xidmətdən istifadənin təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilib. Məhsul beynəlxalq standartlara uyğun hazırlanıb və bir neçə səviyyəli mühafizə ilə təmin olunub. İstifadəçi, birdəfəlik şifrə (OTP) və ya Asan imza ilə yanaşı, smartfon və ya planşet barmaq izi funksiyasını dəstəkləyərsə həm də barmaq izi ilə əlavəyə daxil olmaq imkanı əldə edə biləcək. Qeyd edək ki, xidmətlərdən istifadə zamanı birdəfəlik şifrələr vasitəsilə təhlükəsizlik tam təmin olunur.
Tədbirdə çıxış edən İdarə Heyəti Sədrinin birinci müavini Etibar Babaşlı qeyd etdi ki, Bank müştərilərinə daim innovativ məhsullar təqdim edib və edəcəkdir. “AtaBank”ın gələcək illərdə də müştərilərinə ehtiyaclarını tam şəkildə qarşılayan, onlara bankçılıq xidmətlərindən zamanından və məkanından asılı olmayaraq rahatlıqla istifadə edə biləcəkləri imkanı yaradan, təkcə bank deyil, bütün maliyyə məsələləri üzrə dost qurum olaraq qalacağını bildirərək cənab Babaşlı çıxışını yekunlaşdırıb.
“AtaNet” mobil əlavəsi ənənəvi bankçılıqda mümkün bütün əməliyyatları yerinə yetirməyə imkan verən müasir mobil bankçılıq əlavəsidir.
Əlavə olaraq qeyd edək ki, “AtaNet” mobil bankçılığı ilə yanaşı, “AtaNet” internet bankçılığı üzərində bir çox işlər aparılaraq, interfeysi daha da müasirləşdirilərək 2. versiyası artıq müştərilərə təqdim olunub.

Ən əsası isə Bankın müştəriləri üçün “AtaNet”-ə qoşulma və istifadə tamamilə pulsuzdur.

“AtaNet” Mobil Bankçılıq sistemi vasitəsilə aşağıdakı əməliyyatların aparılması mümkündür:
- Cari hesablar, əmanət hesabları, kart hesabları və kredit hesabları haqqında məlumatların əldə edilməsi;
- Cari hesabların və əmanət hesablarının açılışı;
- Müştərinin öz hesabları arasında köçürmələr;
- Bankdaxili köçürmələr;
- Kartların bloklaşdırılması və blokdan çıxarılması;
- “SMS-xəbərdarlıq” xidmətinin aktiv və deaktiv edilməsi;
- Bank kartları, o cümlədən virtual kartların sifarişi;
- Ölkədaxili - AZİPS, XÖHKS köçürmələri;
- Ölkəxarici - SWIFT köçürmələri;
- Hökümət ödənişləri – Büdcə, ƏDV və Vergi borclarının ödənişləri;
- Həm AtaBank-a, həm respublikadaxili digər banklara məxsus kartlara köçürmələr;
- Kommunal ödənişlər;
- Əmək haqqı ödənişləri;
- Kredit ödənişləri;
- İpoteka ödənişləri;
- Konvertasiya əməliyyatları.
Həmçinin aşağıdakı məlumatlar əldə edilə bilər:
- Bank haqqında məlumat;
- Filiallar və bankomatlar haqqında məlumat;
- Valyuta məzənnələri.

Bu xidmətlərin sayının davamlı şəkildə artırılması, mobil tətbiqə yeni funksiyaların əlavə edilməsi nəzərdə tutulur.
Xidmətdən istifadə etmək üçün IOS və Android istifadəçiləri “AtaNet” mobil əlavəsini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər:

            Yükləmə keçidləri:
           Google Play: https://play.google.com/store/apps/details?id=com.atabank.ebank
          AppStore: https://itunes.apple.com/us/app/atanet/id1340260815?mt=8




 
Bölməyə aid digər xəbərlər
23.05.2018
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda keçirilən “Mexricon” uşaq xeyriyyə festivalının təşkilatçısı olub  
23.05.2018
“Mülki müdafiənin və tibbi yardımın əsasları” kitabının təqdimatı olub
23.05.2018
UNEC-in yeni tədris korpusu barədə məlumat
23.05.2018
ADPU-da AXC-nin yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib
23.05.2018
“Cümhuriyyət tələbələri” inşa müsabiqəsi yekunlaşıb

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9299

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
4 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
5 “Əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyət qənaətbəxş deyil”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info