Rayonlardakı 12 Gənclər Evində Mübadilə Proqramı keçiriləcək
Tarix: 17.05.2018 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


“Azərbaycab Könüllülük Xidməti” çərçivəsində ölkənin 12 rayonunda yerləşən Gənclər Evində Mübadilə Proqramına start verilir. Proqram Bakının Binəqədi, Sabunçu, Xəzər rayonlarını, eləcə də Sumqayıt, Şirvan, Quba, Gəncə, Lənkəran, Mingəçevir, Balakən, Tovuz, Saatlı şəhər və rayonlarında yerləşən 12 müxtəlif Gənclər evində 12 fəal gəncin iştirakı ilə 1 ay müddətində həyata keçiriləcəkdir. 
Mübadilənin keçirilmə məqsədi gənclər arasında könüllülüyün təbliği, onların könüllülük fəaliyyətinə həvəsləndirilməsi və onlar arasında könüllülük fəlsəfəsinin inkişafına təkan verilməsidir.
1 ay müddətində gənclər digər regiona səyahət edib orada yerləşən Gənclər Evində fəaliyyət göstərəcəklər. Könüllülük sahəsində təcrübə qazanmaq, bacarıqlarını inkişaf etdirmək, səmərəli vaxt keçirtmək və müxtəlif mühitdə çalışmaq imkanı əldə edəcəklər.
Proqrama qoşulmaq istəyən 18-29 arası gənclər www.akx.nayora.az ünvanına daxil olmaqla şərtlərlə tanış olub qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, 2002-ci ildə qəbul olunmuş “Gənclər siyasəti haqqında” AR Qanununun 2007-ci ildə əlavə olunmuş 5.5.-ci bəndinə uyğun olaraq “Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi yaradılmışdır”. “Gənclər evləri”nin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, gənclərin özlərini bir şəxs kimi müəyyən etməsi və özünü reallaşdırılması, həmçinin, müvafiq rayonun ərazisində dövlətin gənclər siyasətinin reallaşdırılmasında gənclər və idman idarəsinin fəaliyyətinə yardım göstərilməsindən ibarətdir. Hal-hazırda “Gənclər evləri”nin sayı 37- ə çatıb. 
Məlumat üçün bildirək ki, “Azərbaycan Könüllülük Xidməti” Avropa Könüllülük Xidmətinin (European Voluntary Service) Azərbaycan modelidir və ARGTMŞ tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2013-cü ildə yaradılıb. Proqramın məqsədi gənclər arasında könüllülüyün təbliği və onları könüllü fəaliyyətə həvəsləndirməklə Azərbaycanda könüllülük fəlsəfəsinin inkişafına təkan vermək, qeyri-maddi motivasiya əsasında region gənclərinin könüllülük fəaliyyətinə cəlb edilməsi, regionlarda yerləşən Gənclər Evlərində Könüllülərin fəaliyyətlərinin genişləndirilməsidir. 2013-cü ildə Milli Şura Proqram çərçivəsində 10 gənclər təşkilatlanı Milli Akreditasiya Sertifikatı ilə təmin edib. 2014-cü ildə Balakən, Goranboy, Göygöl, Şəmkir, Tərtər, Yevlax, Zərdab, Sabirabad, Mingəçevir, Qusar, Quba, Lənkəran və Bakı şəhərindən Suraxanı, Sabunçu və Xəzər rayonlarında yerləşən Gənclər Evi və Mərkəzlərindən 15 qrup rəhbəri və 20 könüllü seçilərək Proqramda iştirak etmişdir. Bu gənclər arasında “Azərbaycan Könüllülük Xidməti” Proqramı tərəfindən 2014-cü il üzrə ilk dəfə olaraq “İlin Könüllüsü” nominasiyası üzrə mükafatlandırma mərasimi həyata keçirilib. Mükafatın sahibi proqramın Koordinasiya Şurasının qərarı əsasında seçilib. Növbəti Mübadilə Proqramı 2017-ci ildə Balakən, Lənkəran, Mingəçevir, Quba, Gəncə şəhər və rayonları əhatə etməklə 5 fəal gənc iştirak edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.10.2018
Yüksək bal toplayan metropolitençi övladları ilə görüş keçirilib
19.10.2018
265 nəfər müharibə əlilinə minik avtomobili verilib
19.10.2018
Bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib
17.10.2018
ADRA ölkəyə xaricdən yeni reklam qurğuları gətirir
16.10.2018
Astaranın Səncərədi kəndində körpələr evi-uşaq bağçası üçün yeni bina tikilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10296

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info