Azərbaycanda İnnovasiya Mərkəzi yaradılacaq
Tarix: 17.05.2018 | Saat: 14:38:00 | E-mail | Çapa göndər


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadası”nın qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. 17 may Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan tədbirdə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Zaonun bununla bağlı video təbriki nümayiş olunub.
 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bu gün "Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü" olduğunu xatırladaraq 2006-cı ildən etibarən hər il dünyada bu günə həsr olunmuş müxtəlif tədbirlər keçirildiyini bildirib. Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün builki mövzusunun  “Süni intellekt” olduğunu qeyd edən nazir ölkəmizdə ali məktəb tələbələri arasında intellektual potensialın inkişafına töhfə verən gənclərin yetişdiyini diqqətə çatdırıb. O, 10 ildən çox müddətdə  keçirilən olimpiadanın gənclər arasında proqramlaşma vərdişlərinin inkişafında mühüm rol oynadığını bildirib. “Bu gün gənclərin ölkəmizin innovativ inkişafında rolunun artırılması üçün bir çox işlər görülür.  Startap hərəkatı genişlənir, innovativ ideyalar qrant, kredit və investisiya vasitəsilə dəstəklənir. Bu istiqamətdə həyata keçirilən tədbirləri intensivləşdirmək üçün İnnovasiya Mərkəzinin yaradılması planlaşdırılır”, - deyə nazir vurğulayıb.  
Təltifetmə mərasimində Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin,  Bakı Mühəndislik Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun, Bakı Dövlət Universitetinin, “BestComp Group” şirkətinin, “Nar” operatorunun nümayəndələri, tələbələr və komanda rəhbərləri iştirak edib.       
Məlumat verilib ki, “Ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadası” iki mərhələdə keçirilib.
Olimpiadanın 29 aprel 2018-ci il tarixində Bakı Mühəndislik Universitetində keçirilmiş  birinci mərhələsində respublikanın 25 ali təhsil müəssisəsindən 62 komanda, ikinci (final) mərhələsində isə respublika üzrə 14 ali təhsil müəssisəsinin ən yaxşı nəticə göstərən 14 komandası iştirak edib.
Olimpiadanın birinci və ikinci (final) mərhələsində müvafiq informasiya sistemi üzərindən təqdim olunan tapşırıqlar (10-12 məsələ) 5 saat müddətində həll edilib.
Olimpiadanın final mərhələsi Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun maddi-texniki bazasından istifadə etməklə keçirilib.
Olimpiadada I yerə Bakı Mühəndislik Universiteti, II yerə ADA Universiteti, III yerə Bakı Dövlət Universiteti, IV yerə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası layiq görülüb.
 
Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı isə Fərqlənmə Sertifikatı ilə təltif olunublar.
Qaliblər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Fəxri Fərman” və “Diplom”ları, eləcə də Olimpiadanın sponsorları “NAR” operatoru və “BestComp Group” şirkəti tərəfindən mükafatlandırılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.08.2018
“Jeopoliturk.com”: “Azərbaycanın sabitlik, rifah və müstəqilliyi Türkiyə və Qərbi Asiyada sabitlik və təhlükəsizlik üçün həyati əhəmiyyətlidir”
20.08.2018
Yeni hərracda özəlləşdirməyə 172 dövlət əmlakı çıxarılıb
20.08.2018
Sahibkarların müvafiq assosiasiyalarda birləşməsi dəstəklənəcək
20.08.2018
Gömrük Komitəsinə 1,5 milyon elektron müraciət daxil olub
20.08.2018
SOCAR Banqladeşdə fəaliyyətini genişləndirmək istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9909

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
5 Türkiyə mediası V Zirvə toplantısından yazır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info