Hazırda BP-də təxminən 2700 azərbaycanlı işləyir
Tarix: 17.05.2018 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


Cari ilin birinci rübünün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 min 688 nəfər olub. “BP Azerbaijan” şirkətinin məlumatına görə, buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Bu, şirkətin Azərbaycanda ixtisaslı işçilərinin 89 faizdən çoxunu təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir. BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu, o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilərin isə artıq 100 faizi yerli vətəndaşlardan ibarətdir. İşçi heyətin milliləşdirilməsi planına, həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
“SOCAR karbamid” zavodu bu ilin mart ayından tam gücü ilə işləyəcək
24.01.2019
Azərbaycanda bu il mobil operatorlar 868,5 milyon manat gəlir əldə edib
23.01.2019
“Aksam.com.tr”: “Azərbaycan 2019-cu ildə TANAP ilə təbii qaz nəqlini iki dəfə artırmağı planlaşdırır”
23.01.2019
AzerTelecom Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir
23.01.2019
Azərbaycan Prezidenti İlham Əliyevlə İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info