Ülvi Mehdiyev: “ASAN Könüllüləri“ tərəfindən 300-ə yaxın layihə həyata keçirilib”
Tarix: 17.05.2018 | Saat: 14:44:00 | E-mail | Çapa göndər
"ASAN Könüllüləri" təşkilatı və "Gilan Holding”in təşkilatçılığı, ADA Universiteti  və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin (UNDP Azerbaijan) dəstəyi ilə ADA Universitetində gənclərin siyasi, sosial və hüquqi biliklərinin hərtərəfli inkişaf etdirilməsi məqsədilə "AVO MUN 2018” layihəsinin açılış mərasimi  keçirilib.
Açılışda çıxış edən "ASAN Könüllüləri" təşkilatının sədri Bəxtiyar İslamov bildirib ki, layihənin əsas məqsədi gənclərin hüquqi, siyasi və ictimai biliklərinin inkişaf etdirilməsidir. 
B. İslamov əlavə edib ki, layihədə 75 nəfər iştirak edir və bu gənclər üç gün ərzində fərqli mövzular ətrafında ictimai, siyasi müzakirələr aparacaq. 
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxışında deyib  ki, indiyə qədər "ASAN Könüllüləri" təşkilatı tərəfindən 300-ə yaxın layihə həyata keçirilib  və bu layihələr ümumilikdə 30 minə yaxın gənci əhatə edib. O qeyd edib ki, yeni layihə gənclərin beynəlxalq  hüququ mənimsəməsində faydalı  olacaq. 
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov layihə iştirakçılarına uğurlar  arzulayıb. 
Azərbaycanda gəncliyin inkişafına hökumət tərəfindən xüsusi  diqqət ayrıldığını vurğulayan BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin rəhbəri Məzahir Əfəndiyev deyib ki, bu layihə Azərbaycanın inkişafına yönəlik tədbirlərə öz töhfəsini verəcək. 
Daha sonra  ADA Universitetinin prorektoru Fariz İsmayılzadə çıxış edərək layihəni yüksək qiymətləndirib. 
Qeyd edək ki, BMT-nin simulyasiyası əsasında artıq ikinci dəfə baş tutan layihədə 3 fərqli dildə 3 komitənin simulyasiyası təşkil ediləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2018
“AXC: gənclərin Azərbaycan həqiqətlərinin tanıdılmasında sosial mediada fəallığı“ adlı tədbir keçirilib
25.05.2018
Bolqarıstanla elmi əlaqələr
25.05.2018
Azərbaycan Xalq Cümhuriyyəti - şərəf və ləyaqət tariximiz
25.05.2018
“Azərbaycan Cümhuriyyəti gənclərin gözü ilə”
25.05.2018
“Son iclas” bədii-sənədli filmi barədə mətbuat konfransı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9318

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 “Separatçıların danışıqlarda iştirakını təklif etmək sülh prosesini öldürmək deməkdir”
3 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
4 “Xalqına nifrət edən şəxs, o xalqın fəxri adını daşıya bilməz”
5 “AzerGold” QSC AXC-nin 100 illiyi münasibəti ilə təqaüd proqramı elan edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info