Azərbaycanda hər yüzüncü “Microsoft Office” istifadəçisi eksploitlərlə rastlaşıb
Tarix: 17.05.2018 | Saat: 15:31:00 | E-mail | Çapa göndər
“Kaspersky Lab” şirkətinin hesabatına əsasən, “Microsoft Office” üçün eksploitlər – proqram təminatındakı boşluqlar vasitəsilə edilən hücumlarda istifadə olunan zərərli proqramlar – 2018-ci ilin birinci rübündə ən geniş yayılmış kibertəhlükələrdən birinə çevrilib. Ümumilikdə, ofis proqramlarının virusa yoluxmuş sənədlərindən əziyyət çəkən istifadəçilərin sayı 2017-ci ilin ilk rübü ilə müqayisədə 4 dəfə artıb. Cəmi 3 ay ərzində “Microsoft Office” üçün olan eksploitlərin payı 50%-dək artıb ki, bu da ötənilki göstəricidən 2 dəfə çoxdur. Azərbaycanda bu tip zərərli proqram təminatı ilə cari ilin birinci rübündə hər 100-cü istifadəçi rastlaşıb (1%).

Eksploitlərlə olan xaker hücumları çox təhlükəli hesab olunur, belə ki, onlar istifadəçi ilə əlavə kontakta girmir və zərərli kod nəzərə çarpmadan daxil edilir. Onlardan qanunsuz gəlir mənbəyi axtarışında olan kibercinayətkarlar, həmçinin, pis məramda olan hökumət subyektləri istifadə edirlər.

İlk olaraq cinayətkarlar proqram təminatında mövcud olan boşluqları aşkarlayırlar ki, bu da onlara zərərli proqramı sistemə ötürüb, quraşdırmağa imkan verir. Daha sonra onlar cihaz sahiblərinə sayta daxil olmaq və ya hər hansı bir faylı açmağı təklif edərək onlardan xəbərsiz şəkildə zərərli kodu daxil edirlər. Digər halda isə bir qayda olaraq eksploitlərin ötürülməsi prosesi fişinq məktubları və spamlar vasitəsilə həyata keçirilir.

2018-ci ilin birinci rübündə hücumlar üçün istifadə olunan bu tip zərərli proqramların bölgüsündə ciddi dəyişikliklər baş verib. Məşhur proqram təminatı “Microsoft Office” üçün nəzərdə tutulmuş eksploitlərin sayı kəskin şəkildə artıb. “Kaspersky Lab” şirkətinin ekspertləri tərəfindən ofis proqramlarında ötən il sadəcə “Adobe Flash” proqramında aşkarlanan qədər müxtəlif növ boşluqlar tapılıb.

Flash-eksploitlərin isə payı əksinə olaraq azalmaqdadır: 2018-ci ilin ilk rübü üzrə hazırlanan hesabata əsasən, bu göstərici 3%-dən də azdır. Bu, “Adobe” və “Microsoft” şirkətlərinin “Flash Player” proqramından yanlış istifadənin azaldılması üçün sərf etdikləri əməyin nəticəsidir.

“Birinci rübdə təhdidlər landşaftı onu göstərir ki, ən önəmli kibertəhlükələrdən biri də yenilənmələrə ayrılan diqqətin azlığıdır. Proqram təminatı yaradıcıları adətən boşluqları aradan qaldıran patçlar buraxır, istifadəçilər isə vaxtlı-vaxtında həmin məhsulları yeniləmirlər. Boşluqlar haqqında informasiya kibercinayətkarlar aləmində geniş yayılan zaman isə gizli və yüksək təsirli hücumlar dalğası başlayır”, - deyə “Kaspersky Lab” şirkətinin evristik aşkarlama qrupunun rəhbəri Aleksandr Liskin bildirib.

Eksploitlər vasitəsilə edilən hücumların qarşısını almaq üçün cihazlara quraşdırılmış proqram təminatını vaxtlı-vaxtında yeniləmək və informasiya təhlükəsizliyi məsələlərində güvənilən istehsalçıya müraciət etmək lazımdır. “Kaspersky Lab” şirkətinin həlləri xüsusi texnologiyalardan istifadə edir, o cümlədən “Eksploitlərdən avtomatik müdafiə” həlli.

Bütün bunlarla yanaşı, “Kaspersky Lab” şirkətinin ekspertləri aşağıdakı nəticələrə gəliblər:

• 2018-ci ilin ilk rübündə 1 322 578 zərərli quraşdırma paket aşkarlanıb ki, bu da ötən rübdən 11% azdır.
• Hücuma məruz qalmış mobil istifadəçi payına görə birinci yeri Çin (34%), ikinci yeri – Banqladeş (28%), üçüncü yeri isə Nepal tutub (27%).
• 18 912 mobil bank troyan paketləri aşkarlanıb ki, bu göstərici 2017-ci ilin dördüncü rübündən 1,3 dəfə çox, digər quraşdırılmış 8 787 mobil troyan fırıldaqçı paketləri isə ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə, 2017-ci ilin ikinci rübü ilə müqayisədə 22 dəfə azdır.
• Orta hesabla rüb ərzində dünyada internet istifadəçilərinin kompüterlərinin 24%-i ən azı bir dəfə zərərli proqram təminatı hücumuna məruz qalıb.

“Kaspersky Lab” şirkətinin tam hesabatı linkdə: https://securelist.ru/it-threat-evolution-q1-2018-statistics/89767/.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.05.2018
Belarusiyadan idxal edilən kərə yağlarının keyfiyyətinə zəmanət verilir
23.05.2018
Şəhidin ailəsinə “Şücaətə görə” medalı təqdim olunub
23.05.2018
“Sumqayıtı tanıyaq” devizi ilə maarifləndirici tur-aksiya keçirilib
23.05.2018
Ermənistan ordusu atəşkəs rejimini 92 dəfə pozub
23.05.2018
OPEK iyunda neft hasilatının həcmini artıra bilər

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9299

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
4 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
5 “Əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyət qənaətbəxş deyil”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info