Qəbələdə yay turizm mövsümünə start verilib
Tarix: 17.05.2018 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Qəbələnin otel və istirahət mərkəzləri yay turizm mövsümünün başlanması ilə əlaqədar müştərilərə məmnun qalmaq üçün daha sərfəli qiymətə yüksək və keyfiyyətli xidmət göstərməyə başlayıblar. Turistlərin istirahətinin mənalı təşkili üçün rayondakı istirahət və əyləncə mərkəzlərində yüksək şərait yaradılıb. Hazırda Qəbələnin irili-xırdalı 100-ə yaxın turizm obyektində gün ərzində 4500 qonağı qarşılamaq, onlara yüksək səviyyədə yemək və otel xidməti göstərmək mümkündür.
Qəbələ Turizm və İnformasiya Mərkəzinin məlumatına görə, yay turizm mövsümünün başlanması ilə əlaqədar Qəbələ rayonundakı istirahət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlərə görə qiymətlər xeyli ucuzlaşıb. İstirahət mərkəzlərində qonaqlara müasir otel xidmətləri ilə yanaşı, Azərbaycan və Avropanın ləziz yeməkləri təklif olunur. Rayonun istirahət mərkəzləri otel xidmətlərinə 15-20 faizədək, restoran xidmətlərinə isə 10 faizədək endirim ediblər. Meşələrdə və çayların sahilində yerləşən istirahət güşələrində üç otaqlı kottecin bir günlük kirayə haqqı 90-100 manatdan 70-60 manata endirilib. Rayon mərkəzindəki otellərdə isə iki nəfərlik otaqları indi bir gün üçün 70-100 manata, kiçik otellərdə isə bir otağı 40 manata sifariş etmək olar.
Beş ulduzlu otellər və istirahət mərkəzlərinin əksəriyyəti qonaqlara kanatla dağ gəzintisi, güllə atıcılığı, meşə gəzintisi, atla gəzinti, balıq ovu, qayıqla göldə üzmək, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahətlər təşkil edir. Qəbələyə ailəvi gələn və bir neçə gün rayonda qalıb dincəlmək istəyən turistlər əsasən meşə və çay kənarındakı kotteclərdə və kirayə verilən yüksək şəraitə malik kənd evlərində istirahət etməyə üstünlük verirlər. Rayonun dağlıq və meşəlik ərazilərində yerləşən Vəndam, Nohurqışlaq, Duruca, Qəmərvan, Bum və Bunud, Həmzəli kəndlərindəki evlərin təxminən yarısı kirayə verilir ki, bu da yerli əhalinin dolanışıq şəraitinin yaxşılaşmasına səbəb olur. Bir gün üçün 20 manatdan 100 manatadək qiyməti olan kənd evləri tapmaq mümkündür. Şənbə və bazar günləri rayona çoxlu turist axını zamanı tələbat çox olduğuna görə Qəbələyə gələn bəzi qonaqlar kirayə verilən boş kənd evləri tapmaqda çətinlik çəkirlər. Qəbələdə turistlərin ən çox üz tutduğu yerlərdən biri olan “Qəbələnd” istirahət və əyləncə mərkəzində və “Tufandağ” Yay-Qış Turizm İstirahət Kompleksində də qiymətlərə endirimlər edilib.
Rayonun 24 müasir otel və istirahət mərkəzindən Qəbələ Turizm və İnformasiya Mərkəzinə verilən məlumata görə bu ilin yanvarın 1-dən mayın 15-dək rayona 90 min turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Qəbələyə gələn turistlərin təxminən 50 min nəfərdən çoxu əcnəbilərdi. Həmçinin ötən il Qəbələyə 242 min 125 nəfər turist gəlib. Bunun da 101 min 650 nəfəri yerli, 140 min 160 nəfəri əcnəbi turistlərdi. Qəbələyə gələn turistlərin əksəriyyəti Rusiya, Türkiyə, Böyük Britaniya, İraq, Ukrayna, Latviya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Səudiyyə Ərəbistanı, Qətər, İsrail, Pakistan və Misirdən olub.
Bundan əlavə rayonda turizmin inkişaf dinamikasına nəzər salsaq görərik ki, Qəbələyə turist axını hər il yüksələn templə davam edir. Belə ki, 2008-ci ildə Qəbələyə 14 min 630 turist gəldiyi halda, 2013-cü ildə bu rəqəm 45 min, 2016-cı ildə isə 99 min nəfər olub.


Nigar




 
Bölməyə aid digər xəbərlər
20.08.2018
Paytaxt və bölgələrdə təşkil olunacaq satış yarmarkalarının ünvanları
20.08.2018
Bilik Fondu Qəbələ və Oğuzda maarifləndirici tədbirlər keçirib
20.08.2018
Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüş
20.08.2018
İslami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulub
18.08.2018
Naxçıvanda müəllimlərin işə qəbulu ilk dəfə olaraq test imtahanı ilə həyata keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9909

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
5 Türkiyə mediası V Zirvə toplantısından yazır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info