“Əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyət qənaətbəxş deyil”
Tarix: 17.05.2018 | Saat: 17:21:00 | E-mail | Çapa göndər
Sahil Babayev: “Saxta əlillik təyinatlarına yol verilməsi və əlilliyin təyin olunmasında şəffaflığın tam təmin edilməsi üçün sistemli tədbirlər görüləcək”

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində müşavirə keçirib.
S.Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyətin təkmilləşdirilməsinin, bu sahədə də şəffaflıq yaradılmasının Nazirlik qarşısında əsas vəzifələrdən olduğunu vurğulayıb. Nazir bildirib ki, əlillik təyinatlarının həyata keçirilməsində mövcud olan vəziyyəti qənaətbəxş hesab etmək olmaz. Əlilliyin qiymətləndirilməsi prosesi tam qanunvericilik çərçivəsində icra olunmalıdır. Kimin ki, qanunla əlillik qrupu almağa hüququ çatır, onların bu hüququ süründürməçiliyə yol verilmədən, onlarda narazılıq yaratmadan təmin edilməlidir. Digər tərəfdən, əlillik vəziyyətində olmayan şəxslərə bilərəkdən əsassız şəkildə əlillik qrupu təyin edilməsi hallarına yol verilməməlidir.
Belə hallara yol verən əməkdaşların aşkar edilərək heç bir güzəşt olmadan sərt şəkildə cəzalandırılacağını qeyd edən S.Babayev diqqətə çatdırıb ki, ümumilikdə saxta əlillik təyinatlarına yol verilməsi və əlilliyin təyin olunmasında süründürməçilik hallarının qarşısının alınması üçün sistemli tədbirlər görüləcək. Artıq nazirlikdə müvafiq işçi qrupu yaradılıb. Həmin işçi qrupu Səhiyyə Nazirliyinin müvafiq işçi qrupu ilə birgə müəyyən bir dövr üzrə əlillik təyinatları ilə bağlı araşdırmalar aparır. Bu araşdırmaların nəticələrinə uyğun ciddi tədbirlər görüləcək. Müvafiq qanunvericilikdə də zəruri təkmilləşdirmələr aparılacaq. Həmçinin, əlilliyin qiymətləndirilməsi hazırda səhiyyə müəssisələrinin elektron sistemə daxil etdikləri göndərişlər əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən yerinə yetirilir ki, bu sistemin təkmilləşdirilməsi üçün də təkliflər hazırlanacaq.
Nazir qabaqcıl beynəlxalq meyarlara uyğun olaraq, əlilliyin əmək qabiliyyətinin itirilmə faizinə uyğun qiymətləndirilməsi sisteminin yaradılmasının da əsas hədəflərdən olduğunu bildirib. S.Babayev diqqətə çatdırıb ki, əlillərin reabilitasiyası səviyyəsi demək olar ki, sıfıra enib və bu sahədə ciddi dönüş yaradılması, reabilitasiya səviyyəsinin artırılması üçün Fərdi Reabilitasiya Proqramının, Nazirliyin bərpa mərkəzləri ilə bağlı konkret hədəfləri müəyyən edən konsepsiyanın hazırlanması təmin olunacaq.
Respublikanın bölgələri üzrə əlilliyin fərqli artım tempi ilə bağlı araşdırmanın da aparıldığını diqqətə çatdıran S.Babayev Xidmətin kollektivinə konkret tapşırıqlarını verib.
Müşavirədən sonra nazir Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin fəaliyyəti, burada əlilliyi olan şəxslərə göstərilən tibbi-sosial ekspertiza xidmətinin vəziyyəti ilə yaxından tanış olub.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
23.05.2018
Belarusiyadan idxal edilən kərə yağlarının keyfiyyətinə zəmanət verilir
23.05.2018
Şəhidin ailəsinə “Şücaətə görə” medalı təqdim olunub
23.05.2018
“Sumqayıtı tanıyaq” devizi ilə maarifləndirici tur-aksiya keçirilib
23.05.2018
Ermənistan ordusu atəşkəs rejimini 92 dəfə pozub
23.05.2018
OPEK iyunda neft hasilatının həcmini artıra bilər

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9299

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
4 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
5 “Əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyət qənaətbəxş deyil”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info