BANM-də yeni ixtisas: İnformasiya təhlükəsizliyi
Tarix: 17.05.2018 | Saat: 17:23:00 | E-mail | Çapa göndər
Bakı Ali Neft Məktəbində (BANM) 2018/2019 tədris ilindən etibarən yeni ixtisas – “İnformasiya təhlükəsizliyi” tədris ediləcək. Bu ixtisas ölkənin müxtəlif sahələrində informasiya təhlükəsizliyi və informasiyanın mühafizəsi üçün kadr hazırlığını həyata keçirəcəkdir. “İnformasiya təhlükəsizliyi” ixtisası BANM-ın “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının tərkibində reallaşdırılacaq.
Qeyd edək ki, dövlət və qeyri-dövlət müəssisələrinin işində informasiya resurslarının və texnologiyalarının rolunun hər gün daha çox artması ilə həmin müəssisələrdə informasiya təhlükəsizliyi məsələləri ortaya çıxır. Ölkədə informasiya sistemlərinin güvənliyini, sistemə bağlı informasiya ehtiyatlarının qorunmasını həyata keçirə bilən və kibercinayətlərə qarşı mübarizə aparacaq ixtisaslı mütəxəssislərə geniş tələbat yaranıb. Məhz bu səbəbdən BANM-da “İnformasiya Təhlükəsizliyi” ixtisasının tədrisinə başlanılması qərara alınıb. “İnformasiya təhlükəsizliyi” ixtisasında “Şəbəkə təhlükəsizliyi”, “Sistem proqramlaşdırma”, “Sistemdə olan təhlükəsizliklərin test edilməsi”, “ Verilənlər bazasının təhlükəsizliyi”, “ Multiagent sistemlərin təhlükəsizliyi”, “Barmaq izlərinin tanınması” və s. kimi fənlərin tədrisi planlaşdırılır. Dünyanın tanınmış universitetlərinin zəngin təcrübəsinə əsaslanaraq tədris proqramında ən son texnoloji nailiyyətləri tətbiq edən BANM-da bütün ixtisaslarda olduğu kimi “İnformasiya təhlükəsizliyi” ixitisasında da tədris ingilis dilində aparılacaq.
Tədris yüksək ixtisaslı yerli və əcnəbi professor-müəllim heyəti tərəfindən həyata keçiriləcək. Yeni ixtisasla bağlı bütün işlər yekunlaşdırılmaq üzrədir və abituriyentlər yeni tədris ili üçün bu ixtisası artıq seçə bilərlər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
27.05.2018
Biz ölkəmizə son 15 il ərzində 230 milyard dollar sərmayə cəlb edə bilmişik
26.05.2018
Neftin qiyməti son iki gündə 5 faizədək ucuzlaşıb
26.05.2018
Azərbaycanda qeyri-neft məhsullarının ixracı 4,1 dəfə artıb
25.05.2018
İndiyədək 35 mindən çox sahibkara 2,2 milyard manatadək güzəştli kredit verilib
25.05.2018
“Mastercard” Azərbaycan üzrə yeni menecer təyin edib

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9318

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 “Separatçıların danışıqlarda iştirakını təklif etmək sülh prosesini öldürmək deməkdir”
3 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
4 “Xalqına nifrət edən şəxs, o xalqın fəxri adını daşıya bilməz”
5 “AzerGold” QSC AXC-nin 100 illiyi münasibəti ilə təqaüd proqramı elan edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info