Rene Van der Linden: “Azərbaycanın böyük turizm potensialı var”
Tarix: 17.05.2018 | Saat: 20:11:00 | E-mail | Çapa göndər
İqtisadiyyat naziri Şahin Mustafayev Niderland Krallığı Senatının sabiq sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun rəhbəri Rene Van der Linden ilə görüşüb. Nazir Şahin Mustafayev Rene Van der Lindenin Azərbaycanın yaxın dostu olduğunu, Azərbaycan-Niderland əlaqələrinin inkişafı istiqamətindəki fəaliyyətini vurğulayıb. Qeyd olunub ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Van Der Linden Prezident tərəfindən “Dostluq” ordeni ilə təltif edilib. Azərbaycan və Niderland arasında əlaqələrin iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, təhsil sahəsini də əhatə etdiyini diqqətə çatdıran Şahin Mustafayev Azərbaycan Diplomatik Akademiyası və Maastrixt İdarəetmə Məktəbi arasındakı əməkdaşlığın digər sahələrdə də əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb. Azərbaycan-Niderland iqtisadi əlaqələri barədə danışan nazir Şahin Mustafayev ölkələrimizin kənd təsərrüfatı, sənaye, kimya, ekologiya və s. sahələrdə əməkdaşlıq etdiyini, ticarət dövriyyəsinin 2017-ci ildə 53% artdığını, qarşılıqlı investisiya qoyuluşlarının çoxaldığını və Azərbaycanda Niderland şirkətlərinin aktiv fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bu günlərdə istifadəyə verilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Baş Planı və ümumi layihəsi Niderlandın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb və Azərbaycan limanın genişləndirilməsi sahəsində bu şirkətlə əməkdaşlığı davam etdirmək niyyətindədir.
Sumqayıt Kimya Sənaye Parkı barədə məlumat verən iqtisadiyyat naziri parkın 17 rezidentinin, sənaye parkında həyata keçiriləcək layihələrin investisiya dəyərinin 3 mlrd. dollara yaxın olduğunu, parkın rezidentlərinin bir hissəsinin artıq fəaliyyət göstərdiyini, digərlərinin isə bu il və 2019-cu ildə fəaliyyətə başlayacağını diqqətə çatdırıb. SKSP-də yaradılan Peşə Təhsili Mərkəzinə Maastrixt İdarəetmə Məktəbi də cəlb oluna, Niderland şirkətləri ölkəmizdə yaradılan sənaye parklarında iştirak edə, Niderlandın “Çemelot” sənaye parkının rezidentləri Azərbaycanın sənaye parklarında fəaliyyət göstərə bilərlər. Azərbaycan əczaçılıq sahəsində də Niderland şirkətləri ilə əməkdaşlıqda maraqlıdır. Nazir Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın intensivləşdirilməsi və təcrübə mübadiləsi ilə mövcud potensialdan daha səmərəli istifadənin mümkünlüyünü diqqətə çatdırıb, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdiyini, maliyyə vəziyyətinin sabit olduğunu, viza rejiminin sadələşdirilməsinin və elektron vizanın tətbiqinin ölkəyə gələn turistlərin sayının artmasında önəmini vurğulayıb.
Niderland Krallığı Senatının sabiq sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden Maastrixt İdarəetmə Məktəbinin proqramının Azərbaycan Diplomatik Akademiyasında tətbiqinin əhəmiyyətini qeyd edib, bunun ölkələrimiz arasında əməkdaşlığın inkişafına müsbət töhfə verdiyini vurğulayıb. SKSP nümayəndələrinin də Niderlandın “Çemelot” sənaye parkında olduğunu qeyd edən Rene Van der Linden Azərbaycan şirkətlərinin “Çemelot”da fəaliyyəti üçün imkanlarını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın böyük turizm potensialı var və bu sahədə Niderlandın Ali Turizm Məktəbi ilə əməkdaşlıq mümkündür. Rene Van der Linden Bakı-Maastrixt hava marşrutu üzrə karqo daşımalarının həyata keçirildiyini və hazırda bu marşrutdan sərnişin daşımalarında istifadəyə dair danışıqların aparıldığını da diqqətə çatdırıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
23.05.2018
Multikulturalizmin Azərbaycan modeli
23.05.2018
 Ölkəmizə gələn turistlərin sayı 13 faizdən çox artıb
23.05.2018
“Azeri Light”ın bir barreli 81,32 dollara satılır
23.05.2018
Nyu-York Fond Birjasına ilk dəfə qadın rəhbərlik edəcək
22.05.2018
Bu il Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə istifadəyə veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9299

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
4 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
5 “Əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyət qənaətbəxş deyil”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info