Azərbaycan-Avstriya biznes-forumu keçirilib
Tarix: 17.05.2018 | Saat: 21:14:00 | E-mail | Çapa göndər
İqtisadiyyat Nazirliyinin dəstəyi, Avstriya Federal İqtisadiyyat Palatasının və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Avstriya biznes-forumu keçirilib. Tədbirdə Azərbaycan və Avstriya tərəfdən rəsmi şəxslərlə yanaşı, energetika, İKT, konsaltinq, tikinti, maşınqayırma, metallurgiya, yanğınsöndürmə avadanlıqları, logistika, mebel istehsalı, tullantıların təkrar emalı, mühafizə sistemləri, nəqliyyat, tikinti, təhsil, sənaye və digər sahələrdə fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühiti barədə təqdimatla çıxış edib, Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində reallaşdırılan tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, Azərbaycan-Avstriya iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanları barədə məlumat verib. Avstriya Federal İqtisadiyyat Palatasının idarə rəisi Konstantin Bekos Azərbaycan-Avstriya işgüzar dairələri arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf istiqamətlərini diqqətə çatdırıb, təmsil etdiyi qurumun AZPROMO ilə fəal əməkdaşlıq etdiyini, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında rolunu qeyd edib. Sonra Azərbaycanın biznes və investisiya mühiti və Avstriya iqtisadiyyatı haqqında təqdimatlar keçirilib. Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.

Cavidan




 
Bölməyə aid digər xəbərlər
23.05.2018
Multikulturalizmin Azərbaycan modeli
23.05.2018
 Ölkəmizə gələn turistlərin sayı 13 faizdən çox artıb
23.05.2018
“Azeri Light”ın bir barreli 81,32 dollara satılır
23.05.2018
Nyu-York Fond Birjasına ilk dəfə qadın rəhbərlik edəcək
22.05.2018
Bu il Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə istifadəyə veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9299

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
4 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
5 “Əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyət qənaətbəxş deyil”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info