İmmuniteti gücləndirən qidalar
Tarix: 18.05.2018 | Saat: 15:43:00 | E-mail | Çapa göndər


Elə qida məhsulları var ki, müntəzəm qəbul edildikdə immuniteti gücləndirmək xüsusiyyətinə malikdir.
AZƏRTAC xəbər verir ki, bu qidalara süd məhsulları da daxildir. Bu məhsulları hər gün istifadə etməklə, az və ya orta dərəcədə yağlılığı olan növlərini seçmək daha düzgündür.
Həkim və diyetoloqlar kərə yağından tamamilə imtina etməyi məsləhət görmürlər. Məsələn, hər gün səhər kərə yağı ilə olan buterbrod yeyilməsi vərəm xəstəliyinin profilaktikası üçün çox yaxşı üsul sayılır. Süd məhsullarından kefir və bioyoqurtlar daha xeyirli hesab olunur. Gün ərzində 150 qram kefir və ya bifidebakteriyalarla zənginləşdirilmiş yoqurt qəbul edilməsi soyuqdəymə riskini azaldır.
Çox az adam bilir ki, o qədər də diqqət yetirilməyən lobya bitki mənşəli məhsullar içərisində ən aktiv immunomodulyatordur. Məsələ burasındadır ki, həm qabıqlı, həm də təmizlənmiş şəkildə maş bitkisinin tərkibi insan orqanizmində interferonun yaranmasına kömək edən maddə ilə zəngindir.
Brokkoli, gül kələmi, baş kələm, Brüssel kələmi, ağ turp kimi bitkilər beta-karotin maddəsi ilə zəngindir. Həmin maddə selikli qişaları, xüsusən də ağ ciyərləri və həzm sistemi üzvlərini xərçəng hüceyrələrindən və sərbəst radikallardan qoruyur.
Qida rasionuna bildirçin yumurtasının daxil edilməsi immunitet üçün çox xeyirli hesab olunur.
Sarımsaq və soğan kökünün tərkibi xeyli miqdarda fitonsid adlanan maddələrlə zəngindir və həmin maddə mikroblar və viruslara qarşı mübarizədə orqanizmə hədsiz dərəcədə kömək edir. İmmunitetin yüksəldilməsi üçün onlar ən güclü məhsullar hesab edilir. Qrip epidemiyası zamanı həmin məhsulların müntəzəm şəkildə qəbul olunması xəstəliyə yoluxmaqdan qoruya bilər. Qəbul etməkdən əlavə epidemiya zamanı evin müxtəlif yerlərində nəlbəkilərdə soğan və sarımsaq qoymaq da yaxşı nəticə verir.
Balıqlar, yosunlar və ümumiyyətlə demək olar ki, bütün dəniz məhsulları da immunitetin gücləndirilməsində böyük rol oynayır. Orqanizmdə həmin maddələrin immun reaksiyanın modulyatorları sintez olunur. Dəniz yosunları qanda xolesterinin miqdarını azaldır, toksinləri neytrallaşdırır və ümumi immuniteti yaxşılaşdırır. Onlar apteklərdə qurudulmuş şəkildə satılır. Həmin məhsulları tərəvəz və göyərtilərdən hazırlanan salatlara da əlavə etmək olar.
Badam immun sisteminin optimal şəkildə fəaliyyət göstərməsi üçün tələb olunan amin və yağ turşularının ən yaxşı təbii mənbələrindən biridir. Qəbul olunan qidaların tərkibinə müntəzəm olaraq yarmaların da əlavə olunması orqanizmin təmizlənməsinə və kimyəvi radioaktiv maddələrin xaric olunmasına kömək edir. Bu isə öz növbəsində immunitetin möhkəmlənməsinə dəstək verir.
Emal olunmayan taxıl və dənli bitkilərin tərkibində qida maddələrinin miqdarı emal olunanlarla müqayisədə qat-qat artıq olur. Bal, arı südü, arı tozu, propolis təbii immunostimulyatorlar hesab olunur. Onların müntəzəm şəkildə istifadə edilməsi də yaxşı nəticələr verir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Tanınmış rusiyalı kardioloq: Təzyiqi salmaq üçün bu 2 məhsuldan imtina edin
14.09.2020
Ortoped-travmatoloq Dr.Müseyib Əhmədov “Koksartroz xəstəliyinin vaxtında müayinəsi nə üçün vacibdir?” sualını cavablandırıb
11.09.2020
Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloqu uşaqlara qrip əleyhinə peyvəndin vurulması ilə bağlı məsləhəti
11.09.2020
Vaginizm və cinsi zəiflik: Problemdən necə qurtulaq? - VİDEO
09.09.2020
Podaqra kişilərdə daha çox rast gəlinir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
2 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
3 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
4 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
5 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info