Ermənilər silah ticarəti ilə məşğul olan Samvel Babayana azadlıq tələb edirlər
Tarix: 18.05.2018 | Saat: 13:07:00 | E-mail | Çapa göndər


İrəvandakı Baş Prokurorluğun binası qarşısında "Siyasi məhbussuz Ermənistan" şüarı altında etiraz aksiyası keçirilir. İştirakçılar Dağlıq Qarabağın keçmiş müdafiə naziri Samvel Babayanın azad edilməsi tələbi ilə toplaşıblar.
Xatırladaq ki, 2017-ci il martın 22-də Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkəyə qeyri- qanuni yolla gətirilmin təyyarə əleyhinə raket sistemi-“İqla” aşkar etmişdi.
O ərəfədə silahların qanunsuz idxal və saxlanması faktı ilə əlaqədar cinayət işi açıldı. Həmin cinayətlə bağlı üç nəfər saxlanıldı ki, bunlardan da biri sabiq «DQR-un müdafiə naziri» Samvel Babayan idi. Qeyd edək ki, həmin vaxt bu silahın Ermənistana qonşu Gürcüstandan qeyri- qanuni idxalına dair məlumatlar verilmişdi. Nəticədə, Yerevanda məhkəmə Samvel Babayanı 6 il müddətinə azadlıqdan məhrum etdi.
«Bu gün yeni Ermənistanda siyasi məhbusların azadlıqdan məhrum edilməsinə və onların öz hüquqlarını müdafiə hüququndan məhrum olmalarına imkan verməyəcəyik", “Qətiyyətli olmalıyıq və ilk növbədə siyasi məhbusların azad edilməsini tələb etməliyik». Bunlar Samvel Babayana azadlıq tələb edənlərin şüarlarıdır.
Mitinq iştirakçılarının sözlərinə görə, "siyasi məhbusların" azadlıqdan məhrum edilməsinin günahkarları Kassasiya Məhkəməsinin sədri Arman Mkrtumyan və Ermənistan Respublikasının Baş prokuroru Artur Davtyandır. Mitinqçilər Mkrtumyanın onların sualların cavablandırmaq üçün qarşılarına çıxmalarını tələb edirlər.
Ağasəf







 
Bölməyə aid digər xəbərlər
17.06.2018
Putin Paşinyanı alçaldıb
16.06.2018
Paşinyan rus təhdidləri ilə Avropa “imkanları” arasında qalıb
16.06.2018
“Jamanak“: “Paşinyan istefa verəcək”
14.06.2018
Paşinyan hökumətində ilk çatlar
14.06.2018
Paşinyanın təyinatı ermənilərdə hiddət doğurdu

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info