Əmlaklara dair çıxarışlar mobil telefonlarına göndərilir
Tarix: 18.05.2018 | Saat: 14:31:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) əmlakın qeydiyyatında yeniliklərə başlayır. Komitənin bununla bağlı açıqlanan hədəflərinə görə, qeydiyyat xidmətləri əhaliyə daha da yaxınlaşmalıdır. Daşınmaz əmlakın qeydiyyatı sahəsində əsas prinsip - vətəndaşın xidmətin məkanında deyil, xidmətin vətəndaşın yanında olması qəbul edilib.
Komitədən bildirilib ki, artıq bu istiqamətdə yeni yanaşmalar və layihələr reallaşdırılır.
Mühüm yeniliklərdən biri çıxarışların cəmi 1 iş günü müddətində verilməsidir.
Digər vacib dəyişiklik çıxarışların elektron şəkildə verilməsidir. Əhali bu yeniliyə böyük maraq göstərir – qısa müddət ərzində 2000 nəfərdən çox vətəndaş elektron çıxarış alıb. Qeyd edək ki, elektron çıxarışlar vətəndaşın sistemdə yaratdığı elektron kabinetə yüklənir. Bu kabinetə həm adi kompüter, həm də mobil telefon vasitəsilə daxil olmaq mümkündür. Nəticədə əmlakın qeydiyyatı çıxarışını elektron kabinetdən telefona yükləmək və istifadə etmək olar.
Ümumiyyətlə əmlak sahibləri qeydiyyat zamanı 24 sayda elektron xidmətdən istifadə edə bilərlər. Bu xidmətlər qeydiyyatın onlayn aparılmasına, əmlak çıxarışlarının daha sürətli verilməsinə şərait yaradır ki, bu da biznes əməliyyatlarına olan tələbatın ödənilməsinə imkan verir.
Əmlakın qeydiyyatı ilə bağlı xərclərin əvvəlcədən öyrənilməsi üçün isə Əmlak Kalkulyatoru işə düşüb.
Komitənin elan etdiyi yeni iş prinsipi də artıq bəzi sosial layihələr vasitəsilə reallaşdırılır. Belə ki, “Kütləvi çıxarış” və “Mobil ofis” kampaniyalarında əhali uzaq məsafə qət etmədən, ərazi idarəsinə getmədən əmlakını qeydiyyatdan keçirə bilir.
Paralel olaraq komitə əhalinin qeydiyyat xidmətləri ilə bağlı rəyini də toplayır. Bunun üçün xidmətdən istifadə edənlərə əks zənglər edilir və əhali arasında sorğular keçirilir. Bu sorğular problemləri aradan qaldırmaq və xidmətin keyfiyyətini artırmaq üçün istifadə ediləcək.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.07.2018
Hər iki tədbirdə ümumilikdə 700-dən çox vakant iş yeri təqdim edilib
20.07.2018
İcbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı keçid planı hazırlanır
20.07.2018
 “Bakcell” “Təhsil Avtobusu-2018” Yay Məktəbinin keçirilməsinə dəstək göstərib
20.07.2018
Bakıda MDB-yə üzv dövlətlərin DİN rəhbərləri Şurasının iclası keçirilir
20.07.2018
Çökdürücü göllər təmizlənir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9671

1 “Gücüm çatan qədər Azərbaycanın Pakistanda təbliğatını aparıram”
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info