Excelsior otel oruc tutan insanlar üçün xüsusi rejimdə işləyir
Tarix: 18.05.2018 | Saat: 14:53:00 | E-mail | Çapa göndər


"Excelsior Hotel & Spa Baku” otelinin “Belvedere” restoranı oruc tutan insanlar üçün xüsusi rejimdə işləyəcək.
Otelin Qida və içkilər departamentinin meneceri Vüqar Məmmədov məlumat verib ki, 5 iş günü restoranda saat 12.00-dan 15.00-a qədər biznes nahar verilir: "Ramazan ayı ilə əlaqədar oruc tutan müştərilərimizi də nəzərə aldıq və iftar vaxtına biznes-naharı saldıq. Yəni iftar vaxtı qonaqlarımız gəlib oruclarını aça bilərlər. Qeyd edim ki, bir nəfər üçün qiymət 19 manatdır. Günorta verdiyimiz biznes-nahar həftənin 5 iş günü olacaq, amma ötən ildən fərqli olaraq, bu dəfə şənbə-bazar da daxil olmaqla, Ramazan ayı bitənə qədər hər gün bu restoranda açıq bufet iftar yeməyi təqdim olunacaq".
V.Məmmədovun sözlərinə görə, iftar süfrəsinə zəngin salat süfrəsi, şirniyyat, müxtəlif meyvə şirələri, çay, ana yeməklər, qazan yeməkləri və suplar daxildir.
İftar süfrəsinə gəlmək istəyən oruc tutan insanlar otelin 496 80 00 nömrəsinə zəng vuraraq yer rezerv edə bilərlər. Allah oruc tutan insanların orucunu qəbul eləsin.
V.Məmmədov əlavə edib ki, daim öz müştərilərinin rahatlığını düşünən “Excelsior Hotel & Spa Baku” oteli qonaqlarına nəqliyyat xidməti göstərir. Oteldə keçirilən tədbirlərə, biznes nahara iştirakçıların və qonaqların rahat gəlib-getməsi üçün 17 nəfərlik mikroavtobus işləyir. “Mercedes” sprinter markalı mikroavtobus səhər saat 08.30-dan 22.00-a qədər qonaqların xidmətindədir. Şənbə və bazar günləri də daxil olmaqla mikroavtobus hər gün səhər 08.30-dan başlayaraq hər saatın yarısında “Excelsior Hotel & Spa Baku” otelinin qarşısından qonaqları Park Bulvara və səhər 09.00-dan başlayaraq hər saatda Park Bulvarın qarşısından “Excelsior Hotel & Spa Baku” otelinə aparır. Xidmət ödənişsizdir, otelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub.
Allah oruc tutan insanların orucunu qəbul eləsin. Qeyd edək ki, “Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. 




 
Bölməyə aid digər xəbərlər
18.08.2018
Muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 541,1 manat olub
17.08.2018
Respublika Komissiyası: Fermerlərə daha 57,5 milyon manat subsidiya ödəniləcək
17.08.2018
Şərurlu fermerlər və onların ailə üzvləri müayinədən keçiriliblər
16.08.2018
Avqust ayı üzrə pensiyaların maliyyələşdirilməsi təmin edilib
16.08.2018
Qubalı arıçı istehsal etdiyi balı Yaponiyadan olan müştərilərə satır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9904

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
5 Türkiyə mediası V Zirvə toplantısından yazır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info