Moskvada Həsən Həsənovun kitabının təqdimatı keçirilib
Tarix: 18.05.2018 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Moskvadakı Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın Polşadakı səfiri, tarix elmləri doktoru Həsən Həsənovun “Makedoniyalı İsgəndər və Atropat” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən Həsən Həsənov kitabın Moskvada nəşr edilməsinə görə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna təşəkkürünü bildirib. O deyib ki, Azərbaycan dövlətinin ilk dəfə eramızdan əvvəl VII əsrdə yaradılması kitabda tarixi faktlarla sübut olunur. “Azərbaycan dövləti yaranana qədər tarixdə nə Fars dövləti, nə də Ermənistan adlı bir dövlət olmayıb. Mən iki mötəbər mənbəyə - Suriyada “Karxi de Bet Selox” və IV əsr Roma tarixçisi Ammian Martsellinə istinad etmişəm. Birinci mənbədə Arbat tərəfindən Adorbayqan adlı dövlətin yaradılması, ikinci mənbədə isə Atropatena adlı dövlətin məhz Assuriya imperiyasının süquta uğraması nəticəsində yaradılması göstərilir. Sovet İttifaqı dövründə tarixçi Ammian Martsellinin əsərinin tərcüməsi zamanı məhz bu fikirlər ixtisara salınmışdı. Sovet dövründə tarixçilərə bu iki mənbəyə istinad etmək qadağan olunmuşdu. Hamı Strabonun dediklərinə istinad edirdi. Strabon isə Atropatenanın yarandığını deyil, yenidən bərpa edildiyini yazırdı”, - deyə müəllif qeyd edib.
"Makedoniyalı İsgəndər və Atropat" adlı kitabda qədim Azərbaycan dövləti olan Atropatenanın əslində eramızdan əvvəl IV əsrdə deyil, VII əsrdə yaranmasından bəhs olunur. Belə ki, indiyə kimi tarix kitablarında Atropatena dövlətinin Makedoniyalı İsgəndərin ölümündən sonra onun imperiyasının parçalanması nəticəsində eramızdan əvvəl 321-ci ildə yarandığı bildirilir. Təqdim edilən kitabda bu fikirlərin yanlış olduğu faktlarla, tarixi mənbələrə istinadla sübuta yetirilir. Müəllif sübut edir ki, Atropatena dövləti Assuriya imperiyasının parçalanması nəticəsində eramızdan əvvəl 612-ci ildə yaranıb. Əslində Atropatena dövləti eramızdan əvvəl IV əsrdə yaradılmayıb, bərpa olunub.
Həsən Həsənov bildirib ki, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun alimləri təqdimat mərasiminə dəvət olunsalar da, tədbirə gəlməyiblər: “Onlar mənim mövqeyimin dünya elminə zidd olduğunu söyləyirlər. Mən çox istəyirdim ki, onlar bu gün təqdimatda iştirak etsinlər. Lakin mənim göstərdiyim faktlar qarşısında heç bir əks arqument gətirə bilməyəcəklərini yaxşı anladıqlarından təqdimata gəlmədilər. Mən hər zaman onlarla üz-üzə gəlməyə, kitabda göstərdiyim faktların arxasında dayanmağa hazıram”.
Xarici Ədəbiyyat Kitabxanasının əməkdaşı Olqa Tolstyakova Həsən Həsənovun “Makedoniyalı İsgəndər və Atropat” kitabı sayəsində Azərbaycan tarixini daha yaxından öyrəndiyini söyləyib. O deyib: “Bu gün müəllif sayəsində bir vaxtlar eyni dövlətin vətəndaşları olduğumuz Azərbaycanın qədim dövlətçilik tarixinə malik olduğunu, Azərbaycan adında dövlətin eramızdan əvvəl VII əsrdə yarandığını öyrəndim. Kitabda istinad edilən tarixi mənbələr çox maraq doğurur. Buna görə, kitabın müəllifi Həsən Həsənova təşəkkürümü bildirirəm”.
Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar üzrə rəhbəri Tamilla Əhmədova, Moskva Dövlət Universitetinin postsovet ölkələrini öyrənən İnformasiya-Analitik Mərkəzinin direktor müavini, tarix elmləri namizədi İsmayıl Ağakişiyev və başqaları kitabda qaldırılan məsələlərin aktuallığından danışıb, müəllifin əməyini yüksək qiymətləndirərək onun əsərinin təkcə Azərbaycan tarixi elminə deyil, dünya tarix elminə töhfə olduğunu qeyd ediblər.
Moskvanın “Veçe” nəşriyyatında çap olunan “Makedoniyalı İsgəndər və Atropat” kitabının elmi redaktoru professor Kşiştof Navotkadır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Ankaradakı “Buta Bakı” Evində Novruz şənliyi keçirilib
21.03.2019
Bu gün Dünya Poeziya Günü kimi qeyd edilir
19.03.2019
Moskvada Osman Eyyublunun konserti olub
19.03.2019
Fransada Alim Qasımovun diskinin təqdimatı olub
18.03.2019
TWESCO Nəsiminin 650, Naxçıvan Müqaviləsinin 10 illiyini qeyd edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info