Süni intellekt denqe qızdırmasını proqnozlaşdıracaq
Tarix: 18.05.2018 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Mühəndis Renye Mallo Malayziya Tibbi Tədqiqatlar İnstitutu ilə birlikdə denqe qızdırmasının yayılmasını proqnozlaşdıran “AIME” adlı süni intellekt sistemi ixtira edib.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, ixtiraçının sözlərinə görə, “AIME” (tibbi epidemiologiyada süni intellekt) qızdırma ocaqlarının yaranmasına və yayılmasına təsir göstərən çoxlu göstəriciləri analiz edir. Proqnoz üçün məlumatlar kompüterə yükləndikdən sonra sistem hər region üçün fərdi şəkildə epidemiyanın mümkün yayılma yerini göstərir. Neyron şəbəkəsinin proqnozu 3 ay müddətinə nəzərdə tutulur.
Məlumata görə, “AIME” sistemi artıq Filippində və Braziliyada uğurlu sınaqdan keçirilib. Sistem denqe qızdırmasının yaranma ocaqlarını 84 faiz dəqiqliklə proqnozlaşdırıb. Neyroşəbəkə virusun mümkün yaranma yerlərini göstərdikdən sonra sanitar-epidemioloji stansiyanın nümayəndələri ora gedərək ərazini potensial denqe yayıcılarından təmizləyiblər.
Qeyd edək ki, denqe qızdırması Cənub-Şərqi Asiya, Afrika, Okeaniya və Karib hövzəsi ölkələrində yayılan yoluxucu virus xəstəliyidir. Hər il 50 milyon insan xəstəlikdən əziyyət çəkir ki, onun da 13 mini həyatını itirir. Epidemiya ilə mübarizə inkişaf etməkdə olan ölkələrin büdcəsinə ciddi ziyan vurur. Məsələn, Asiya ölkələri qızdırma yayıcıları ilə mübarizəyə ildə təxminən 300 milyon dollar, Cənubi Amerika ölkələri isə 1 milyard dollardan çox vəsait sərf edirlər.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Latın Amerikasının ən gözəl kitab mağazası
17.11.2018
Macar usta dünyanın ən mahir çörəkbişirəni seçilib
11.11.2018
“Instagram“ tənhalıq və depressiyaya səbəb olur?
11.11.2018
Düşənbədə “Oşi palav” festivalında 10 ton plov bişirilib
03.11.2018
“Airbus” Aya səyahət üçün modul elektrik stansiyası hazırlayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info