BMT: ”Yaxın gələcəkdə Ermənistanın əhalisi 300 min nəfər azalacaq”
Tarix: 18.05.2018 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


Ötən ilin aprel ayı ilə müqayisədə Ermənistan əhalisinin sayında 11,6 min azalma müşahidə edilib

«Erməni tarixində hər zaman ziddiyyətli siyasi tendensiya olub. Bunlardan birincisi, Ermənistan daxilində baş verən hadisələrdir ki, bunu da Rusiyanın siyasətinin davamı kimi dəyərləndirmək lazımdır. 1991-ci il müstəqilliyindən sonra Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan kimi prezidentlər Ermənistanı bir subyekt deyil, məhz bir obyekt statusuna malik ölkə kimi tanıtdılar.
Qeyd edək ki, 1991-ci ildən 2018-ci ilə qədər olan dövrdə, Ermənistanda baş verən hadisələr Rusiyada baş verən hadisələrin davamı idi. Bu dövrdə erməni diplomatiyası Rusiyanın təqdim etdiyi mövqedən çıxış edirdi.
Ancaq Nikol Paşinyan və onun rəhbərliyi altında olan inqilab bu istiqaməti tamamilə dəyişdi. Yəni hazırda ikinci bir tendesiya meydana çıxmaqdadır. Bu tendensiyanın mahiyyəti ondan ibarətdir ki, Ermənistan artıq obyekt deyil, subyekt kimi öz taleyini yaratmağa qədəm qoyur. İndi artıq Ermənistan öz siyasətini, öz istiqamətini inkişaf etdirməli, elita ilə xalq arasında etibar yaratmalıdır. Bunun necə edilməsi isə inqilab sirri kimi qəbul edilməlidir. Xatırlayırsınızsa, nümayişlər zamanı səsləndirilən «biz öz ölkəmizin sahibləriyik» şüarı təsadüfi deyildi.
Budur Ermənistan inqilabının sirri. Lakin başqa bir maraqlı nüansa fikir verək. Bu gün Rusiyanın Ermənistana yanaşmasının necə olacağını izləmək maraqlıdır. Bəllidir ki, erməni inqilabını Qərb dəstəkləsə də , Rusiyanın bu inqilaba verdiyi dəstək çox məhdud çərçivədə nəzərə çarpırdı. İndi biz, inqilabdan sonra Rusiyanın Ermənistana qarşı siyasətini dəyişə biləcəyini görmək istəyirik. Doğrudur, bu hökumət müvəqqəti olsa da, artıq əvvəlki hökumətlə müqayisədə fərq böyükdür». Bu fikirləri Fransada yaşayan erməni ekspert Kayets Minasyan «1in.am» saytına verdiyi müsahibədə bildirib.
Maraqlıdır, erməni ekspert bunları sayta danışarkən vaxtilə onlara Qafqazda yerləşməyə şərait yaratmış, havadarlıq etmiş rus zabitlərindən olan Tverdoxlebovun «Ermənilər azadlıq uğrunda qorxaq mübarizdirlər» deyimini xatırlayırmı? Axı bu millət, rus zabitinin dediyi kimi, «bizim arxamızda gizlənib imkan tapan kimi, türklərin qoca, qadın və uşaqlarını doğrayaraq, incidən» millətdir. Tarix sübut edib ki, belə xalqlar həmişə özlərini başqa xalqların qanadı altında rahat hiss edirlər. Bunu ermənilərin özləri də etiraf edirlər. Məsələn, erməni tarixinin «atası» sayılan Movses Xorenasi "Mən xalqımızın daşürəkliliyini və yekəxanalığını göstərmək istəyirəm. Ermənilər həqiqəti inkar etməyi xoşlayırlar»-deyə yazırdı.
İndi hakimiyyətə gətiridikləri Paşinyanın da sabah hansı aqibətlə qarşılaşacağı sual alğındadır. Lakin görünən budur ki, Ermənistanda yaşayanların əksəriyyəti ölkəsinin sabahına ümidsizdir. Hazırda ölkədəki rəzil həyatı sabiq dövlət rəhbərləri ilə əlaqələndirən Paşinyan vəziyyəti düzəldə biləcəkmi? Ermənistanın bugünkü reallığı «armenianreport.com» saytından götürdüyümüz aşağıdakı yazıda öz əksini tapıb: «Köhnə səlahiyyətlilərin cinayətkar fəaliyyətləri səbəbəindən 2018-ci il aprelin birinə olan rəsmi məlumata görə, ölkənin daimi sakinlərinin ümumi sayı 3 milyondan da azdır. Yəni 2017-ci ilin eyni dövrü ilə müqayisədə 11,6 min nəfər azalıb. İnsanlar ölkəni tərk edirlər. Bu gələcək Ermənistan üçün böyük təhlükədir.
Bu təhlükə hətta BMT-nin «Dünyanın urbanizasiyasının gələcək-2018 perspektivləri»ndə də öz əksini tapıb. Həmin sənəddə 2050-ci ilə qədər Ermənistan əhalisinin 2,7 milyon nəfərə düşəcəyi bildirilir.” Əhalinin sayının 2,7 milyona düşməsi ən yaxşı halda 300 min azalma deməkdir. Erməniyə yer eləyən isə BMT-nin bu sənəddə Azərbaycan əhalisinin artaraq 11 milyona çatması ilə bağlı verdiyi xəbərdir: « Biz bütün bunları indidən nəzərə almalıyıq. Çünki bizə verilən indiki şansdan yararlanmasaq, ikinci şans artıq olmayacaq». Necə deyirlər, hər şeyi tarix öz yerinə qoyur.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info