Lüksemburqda Nizami Gəncəvinin anım günü keçirilib
Tarix: 18.05.2018 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


Lüksemburqda Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Rusiyanın Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi və Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Mədəniyyət Cəmiyyətinin təşəbbüsü ilə böyük Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anım günü keçirilib. 
 
Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyindən APA-ya bildirilib ki, tədbir çərçivəsində Nizami Gəncəvinin Rusiyanın Lüksemburqdakı Səfirliyinin ərazisində yerləşən heykəlinin önünə əklil qoyulub.
 
Daha sonra çıxış edən səfir Fuad İsgəndərov bir tərəfdən Avropa İttifaqının üzvü olan Lüksemburqun, digər tərəfdən isə Rusiya Səfirliyinin ərazisində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin ucalmasının rəmzi məna daşıdığını bildirib və bunu Azərbaycanın həm Rusiya, həm də Avropa xalqları ilə dostluğunun nümunəsi kimi səciyyələndirib. Səfir vurğulayıb ki, 1980-ci illərin əvvəllərində Azərbaycan tərəfinin təşəbbüsü və iştirakı ilə hazırlanmış abidənin rəsmi açılışı keçmiş Sovet İttifaqının Benelux ölkələrində mədəniyyət günləri çərçivəsində təşkil edilib. Heydər Əliyev Belçika və Lüksemburqa 1996-cı ildə etdiyi səfəri zamanı abidəni ziyarət edib, heykəlin tarixi və siyasi əhəmiyyətini yüksək qiymətləndirib. 
 
Rusiya səfiri Viktor Sorokin Nizami Gəncəvinin anım gününün ənənəvi qaydada dahi mütəfəkkirin abidəsi önündə keçirilməsinin önəmindən bəhs edərək, bu kimi tədbirlərin dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdıran addımlar olduğunu diqqətə çatdırıb. 
 
Tədbirdə diplomatik korpusun rəhbərləri və onların ailə üzvləri, Lüksemburqda yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. 


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay
20.02.2019
Ürəyinizin qəfil dayanacağından xəbər verən 9 əlamət

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10607

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info