Müsabiqədə qalib gələn tələbələr imtahandan azad ediliblər
Tarix: 18.05.2018 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


“II UNEC Science Slam” müsabiqəsinin final mərhələsi keçirilib. UNEC-də təşkil edilən müsabiqənin final mərhələsində Təhsil Nazirliyi, AMEA, Elmin İnkişaf Fondu, Gənclər Fondu, Bilik Fondunun rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, görkəmli elm xadimləri, tanınmış təhsil ekspertləri, ictimaiyyət nümayəndələri, eləcə də universitetin professor-müəllim və tələbə heyəti iştirak edib. Almaniya, Böyük Britaniya, Rusiya, Ukrayna və Türkiyə kimi ölkələrdən sonra Azərbaycanın adını ən populyar elmi platforma olan “Science Slam” tarixinə yazan UNEC bu il müsabiqədə yeniliklər tətbiq edib. Belə ki, “II UNEC Science Slam” müsabiqəsinə bu ildən digər fakültələrlə yanaşı, Distant, qiyabi və əlavə təhsil mərkəzinin tələbələri də qatılıb. Müsabiqənin formatına uyğun olaraq, fakültələrin qalibləri 10 dəqiqə ərzində öz araşdırmalarını kreativ şəkildə təqdim ediblər. Tələbələrin sosial mediada uğurlu marketinq siyasəti, süni intellekt, xərclər, məhsulun sertifikatlaşdırılması, ünsiyyət vasitələri, əngəllilərin cəmiyyətə geri qaytarılması, reklam materiallarının insan şüuruna təsiri, pozitiv psixologiya, statik elektriklə idarə olunan nəqliyyat, davranış iqtisadiyyatı barədə tədqiqatları maraqla qarşılanıb. Təqdimatlardan sonra qaliblərin çıxışları “Science Slam” qaydalarına uyğun olaraq, alqış sədaları ilə qiymətləndirilib. Qalibi xüsusi cihaz vasitəsilə ölçülən alqışın səs diapozunu müəyyənləşdirib. 90.2 desibel (dB) səs tezliyində alqış qazanan Biznes və menecment fakültəsinin I kurs tələbəsi Amal Veysəlov “Hər şey göründüyü kimi deyil” mövzusu ilə “II UNEC Science Slam” müsabiqəsində I yerin sahibi olub. A.Veysəlov təqdimatında televiziyalarda yayımlanan reklam materiallarının insan şüuruna təsirini tədqiq edib. İqtisadiyyat fakültəsinin II kurs tələbəsi Ramiz Şükürovun “Əngəlliləri cəmiyyətə geri qaytaraq” təqdimatı 89.8 dB ilə II, Türk Dünyası İşlətmə fakültəsinin I kurs tələbəsi Vüsal İsmayılovun “Statik elektriklə idarə olunan avtobus” təqdimatı isə 87.6 dB ilə III yerə layiq görülüb. Qaliblərə sertifikatlar təqdim edilib. Eyni zamanda, onlar Yekun Dövlət Attestasiya imtahanından azad ediliblər.
UNEC Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi gənclərin elmi tədqiqatlara marağının artırılması, onların dünya elminə çevik inteqrasiyasını təmin etməkdir.

Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.10.2018
Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
20.10.2018
20 oktyabr - Azərbaycanda Energetiklər Günüdür
20.10.2018
Udmurtiyada Tofiq Kərimovun xatirəsi əbədiləşdiriləcək
19.10.2018
“Bakcell”in dəstəklədiyi gənclərin uğuru
19.10.2018
AZAL və “Belavia“ Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10288

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info