Hərbçi güləşçilər arasında Dünya Çempionatında daha iki medal
Tarix: 18.05.2018 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


Moskvada keçirilən hərbçilər arasında güləş üzrə 33-cü Dünya Çempionatında Azərbaycanın Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandası daha iki medala sahib olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Rusiya Federasiyası Mərkəzi Ordu İdman Klubunun idman zalında keçirilən çempionatın sərbəst güləş yarışında daha iki pəhləvanımız döşək üzərinə çıxıb. Çempionatda 86 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Kənan Əliyev ardıcıl olaraq parlaq qələbələr qazanaraq finala yüksəlib. Güləşçimiz son qarşılaşmada yalnız Rusiya təmsilçisinə 1 xal hesabı ilə uduzaraq gümüş medalla kifayətlənməli olub. MOİK-in nümayəndəsi Roman Bəkirov (97) üçüncü yer uğrunda mübarizədə Kolumbiya idmançısı üzərində təmiz qələbə qazanaraq bürünc medala layiq görülüb. Beləliklə, hərbçilər arasında güləş üzrə 33-cü Dünya Çempionatında komandamız 1-i qızıl, 1-i gümüş və 4-ü bürünc olmaqla ümumilikdə 6 medal qazanıb. Mayın 14-dən start götürən çempionat mayın 20-dək davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
19.08.2018
Şəhriyar Məmmədyarov Uesli Sonu məğlub edib
19.08.2018
Lionel Messi “Barselona”nın İspaniya çempionatlarında 6000-ci qolunu vurub
19.08.2018
Azərbaycan cüdoçusu Avropa açıq çempionatının bürünc medalını qazanıb
19.08.2018
“Zirə” və “Keşlə” komandalarının oyunu heç-heçə başa çatıb
18.08.2018
Bakıda keçirilən mas-reslinq üzrə Avropa çempionatının açılış mərasimi olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9904

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
5 Türkiyə mediası V Zirvə toplantısından yazır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info