Tbilisidə azərbaycanlı rəssamın sərgisi açılıb
Tarix: 19.05.2018 | Saat: 06:07:00 | E-mail | Çapa göndər


Gürcüstan paytaxtı Tbilisidə azərbaycanlı rəssam İntiqam Ağayevin rəsm əsərlərindən ibarət “Abşeronun rəngləri” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin “Akhundov House” Sərgi Qalereyasında təşkil olunan sərgidə rəssamın müxtəlif janrlarda çəkdiyi 20-dək rəsm əsəri nümayiş etdirilir.
Qalereyanın direktoru Arçil Bejanişvili sərgini açaraq Azərbaycanla Gürcüstan arasında mədəni əlaqələrin inkişafından danışıb, bu cür tədbirlərin təşkilinin münasibətlərimizin bütün sahələrdə inkişafına təkan verdiyini bildirib.
Sərginin təşkilatçısı, Gürcüstanın Fəal Azərbaycanlı Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva bildirib ki, sərgi Azərbaycan Xalq Cümhuriyyətinin və Gürcüstan dövlətinin yaranmasının 100 illiyinə həsr olunub. Sərginin əsas məqsədi ölkələrimiz arasındakı mədəni əlaqələrin inkişafına dəstək verməkdir.
Sərginin açılışında Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin əməkdaşları, Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin Kvemo Kartli üzrə müşaviri Ayaz Məmmədov, hökumət üzvləri, incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
"Pirosmani" Beynəlxalq Rəssamlar Assosiasiyasının vitse-prezidenti Əli İsayev azərbaycanlı rəssamı xüsusi diplomla təltif edib.
Rəssam İntiqam Ağayev sərginin təşkilatçılarına və göstərilən diqqətə görə minnətdarlıq edib.




 
Bölməyə aid digər xəbərlər
21.10.2018
Daha bir xarici portalda Azərbaycan qutabından bəhs edilib
21.10.2018
Konyak şəhərində Məhsəti Gəncəvinin abidəsini görmək fəxr doğurur
21.10.2018
Azərbaycan Konyak Polar Festivalında yüksək səviyyədə təmsil olunub
20.10.2018
Tanınmış rusiyalı blogger Qobustan haqqında videosüjet hazırlayıb
20.10.2018
“Əli və Nino” filmi Vilnüsdə Litva dilində nümayiş olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10290

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info