Böyük Teatrda Dinara Əliyevanın iştirakı ilə “Traviata” operası oynanılacaq
Tarix: 21.05.2018 | Saat: 12:33:00 | E-mail | Çapa göndər



İyunun 20-dən 23-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Cüzeppe Verdinin “Traviata” əsəri nümayiş etdiriləcək.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində Violetta Valeri obrazını iyunun 20-də və 22-də Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva (soprano) ifa edəcək.
Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015-ci ildə Moskvada Dinara Əliyevanın “Opera Art” Birinci Beynəlxalq Musiqi Festivalı keçirilib.




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Ankaradakı “Buta Bakı” Evində Novruz şənliyi keçirilib
21.03.2019
Bu gün Dünya Poeziya Günü kimi qeyd edilir
19.03.2019
Moskvada Osman Eyyublunun konserti olub
19.03.2019
Fransada Alim Qasımovun diskinin təqdimatı olub
18.03.2019
TWESCO Nəsiminin 650, Naxçıvan Müqaviləsinin 10 illiyini qeyd edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info