MOİK idmançıları Dünya Çempionatından qayıdıb
Tarix: 21.05.2018 | Saat: 12:18:00 | E-mail | Çapa göndər


Hərbçi güləşçilərimiz yarışda 2 qızıl, 3 gümüş və 6 bürünc olmaqla 11 medal qazanıblar
Moskva şəhərində hərbçilər arasında güləşin sərbəst və Yunan-roma növləri üzrə keçirilən 33-ci dünya çempionatında iştirak edən Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları mayın 20-də vətənə qayıdıb. Komandamızı Heydər Əliyev adına hava limanında MOİK-in üzvləri, idman azarkeşləri və idmançıların yaxınları gül-çiçəklə qarşılayıblar. Yarışlarda komandamıza MOİK-in rəisi, Beynəlxalq Hərbi İdman Şurasında (CİSM) Azərbaycan nümayəndə heyətinin rəhbəri polkovnik-leytenant Rəşad Quliyev rəhbərlik edirdi. Beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi, hərbçilərin Olimpiya oyunlarının qızıl medal mükafatçısı, hərbçilər arasında keçirilən XXX Dünya Çempionatının qızıl medal mükafatçısı mayor Nazim Əlicanov və beynəlxalq dərəcəli idman ustası, hərbçilər arasında keçirilən Avropa və Dünya birinciliklərinin 4 qat qalibi, hərbiçilər arasında II Olimpiya oyunlarının gümüş mükafatçısı mayor Taleh İsrafilovun yarışlara hazırladıqları hərbi idmançılarımız Moskvadan böyük uğurlarla qayıdıblar. Komandanın tərkibində 3 qadın güləşçimiz də sərbəst güləş növündə mübarizə aparıb. Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun komandası yarışlarda 2 qızıl, 3 gümüş və 6 bürünc olmaqla 11 medal qazanıb. Həmçinin 22 komanda arasında Yunan-roma güləş növündə 3-cü yerə çıxan MOİK idmançıları çempionatın kubokuna da layiq görülüb. Komandamızın tərkibində beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Sədi Quliyev də yarışlarda iştirak ediblər. Xatırladaq ki, Moskva şəhərində hərbçilər arasında güləşin sərbəst və Yunan-roma növləri üzrə keçirilən 33-ci Dünya Çempionatında 22 ölkədən 350-dən çox idmançı iştirak edib.
Anar




 
Bölməyə aid digər xəbərlər
25.06.2018
“Rusiya 2018”: Kolumbiya-Polşa 3-0
24.06.2018
Yaponiya və Seneqal qarşılaşmasında heç-heçə nəticə əldə edilib
24.06.2018
Bu turnirdə rəqabət çox güclüdür
24.06.2018
“Rusiya 2018“: Almaniya İsveç millisini məğlub edib
23.06.2018
DÇ-2018: Cənubi Koreya – Meksika - 1:2

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9462

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info