Bolqarıstan 2020-ci ildə Azərbaycan təbii qazını ala biləcək
Tarix: 21.05.2018 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Bolqarıstan 2020-ci ildə ilk Azərbaycan təbii qazını ala biləcək.
AZƏRTAC Bolqarıstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ölkənin energetika naziri xanım Temenujka Petkovanın “Şahdəniz” konsorsiumunun nümayəndələri ilə görüşündə danışılıb.
Nazir son aylarda Azərbaycanın “Şahdəniz-2” yatağından hasil ediləcək təbii qazı Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan interkonnektoru (Interconnector Greece-Bulgaria (IGB) layihəsi üzrə işlərin intensivləşdiyini deyib: “Bu layihə hökumət üçün əsas prioritetdir”.
“ICGB” şirkəti artıq İnnovasiya və rəqabətə əsaslanan əməliyyat proqramı çərçivəsində benefisiardır ki, bu da bizə layihə çərçivəsində 39 milyon avro məbləğində əlavə maliyyələşdirməni tətbiq etməyə imkan verir. Hazırda interkonnektorun tikintisi üzrə tender elan edilib. Bütün işlərin qrafik üzrə həyata keçirilməsində maraqlıyıq. 2020-ci ildə Yunanıstan-Bolqarıstan qaz şəbəkələrinin bir-biri ilə əlaqələndirilməsi planlaşdırılır”, - deyə o əlavə edib.
“Şahdəniz” konsorsiumunun nümayəndələri isə nazirə məlumat verib ki, “Şahdəniz-2” yatağından təbii qaz hasilatı üzrə işlər sürətlənir. Onlar əmin olduqlarını bildiriblər ki, 2020-ci ildə Bolqarıstan ilk Azərbaycan təbii qazının ala biləcək. Azərbaycan Bolqarıstanın regionda enerji təhlükəsizliyi sahəsində fəaliyyətini dəstəkləyir.
Qeyd edək ki, Bolqarıstan IGB interkonnektoru ilə 2020-ci ildən etibarən ildə 1 milyard kubmetr Azərbaycan qazı alacaq. Azərbaycan təbii qazı “Trans-Adriatik” (TAP) qaz boru kəməri ilə 2020-ci ildə Avropaya çatdırılacaq. Həmin qazı Bolqarıstana nəql edəcək IGB interkonnektoru isə 2019-cu ilin sonunda hazır olacaq. 2013-cü ilin sentyabrında “Bulgargaz EAD” “Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alışı ilə bağlı 25 illik saziş imzalayıb. Azərbaycan qazı Bolqarıstanın istehlakının dörddəbirini ödəyəcək.
IGB qaz boru kəmərinin Şimal-Şərqi Yunanıstanın Komotini bölgəsində və Bolqarıstanın cənubundakı Stara Zagora bölgəsində çıxış nöqtəsi olacaq, Yunanıstan və Bolqarıstan milli təbii qaz sistemləri arasında birbaşa əlaqə yaradılacaq. 185 kilometrlik boru kəməri Yunanıstandan Bolqarıstana ildə təxminən 3 milyard kubmetr təbii qaz nəqli qabiliyyətinə malik olacaq və gələcək bazar tələbatına əsasən bu həcmin illik 5 milyard kubmetrə çatdırılması imkanı var.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.10.2018
Həştərxanda qadın sahibkarların forumu keçiriləcək
21.10.2018
Doqquz ayda toxuculuq sənayesi 53,3 faiz artıb
20.10.2018
Neftin bir barrelinin qiyməti 0,5 dollaradək bahalaşıb
20.10.2018
Azərbaycan şərabları Bordo şərab muzeyində sərgilənəcək
19.10.2018
Gürkan Kumbaroğlu: “Star” neft emalı zavodu gücümüzə güc qatacaq“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10290

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


21.10 17:00
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info