Niderland mediası Azərbaycan Xalq Cümhuriyyətindən yazdı
Tarix: 21.05.2018 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Niderlandda yaşayan soydaşımız, Niderland Jurnalistlər Birliyinin üzvü, “Connect” təşkilatının sədri Vüqar Abbasovun bu günlərdə Niderland mətbuatında Azərbaycan Demokratik Respublikasının qurulmasının 100 illiyindən bəhs edən yazısı verilib.
Bu barədə məlumatı soydaşımız, diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürklə söhbətində verib. Yazıda Azərbaycanın Çar Rusiyanın işğalından xilas olmasından və ADR – in qurulmasından, 1918 – ci ildə ermənilərin Azərbaycan ərazilərini işğal etmək istəməsindən, Nuru Paşanın rəhbərliyi ilə Türk ordusunun (Qafqaz İslam Ordusu) Azərbaycana kömək etməsindən və Bakının ermənilərin işğalından azad olunduqdan sonra paytaxt elan olunmasından və.s. söhbət açılıb. Daha sonra yazıda Məmməd Əmin Rəsulzadə və onun silahdaşlarından Fətəli Xan Xoyskidən, Nəsib bəy Yusifbəylidən, Məmməd Həsən Hajınskidən, Bakı Dövlət universitetinin açılmasından və s. danışılıb. ADR dövründə qadınlara verilən hüquqlardan söhbət açılaraq bildirilib ki, bu, hətta Fransa (1944) ABŞ – dan (1920) öncə olub. M.Ə. Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” deyiminin XX əsrin sonlarında başlanan müstəqillik hərəkatının şüarına çevrildiyini yazan soydaşımız əlavə edib ki, bu il həm Azərbaycanda, həm də dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar ADR – in 100 illiyini böyük bayram kimi qeyd edəcəklər. Yazıda Azərbaycanın 1991 – ci ildə yenidən müstəqillik qazandığı, Ermənistanın Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və yeddi ətraf rayonunu işğal etdiyi, BMT – nin dörd qətnaməsinə (qətnamələrin nömrələri göstərilməklə) məhəl qoymaması, Xocalı soyqırımı xüsusi qeyd olunub. Daha sonra soydaşımız qeyd edib ki, Azərbaycan xalqı torpaqlarını sülh yolu ilə geri almağa çalışır, əgər bu alınmayacaqsa müharibə qaçılmaz olacaq. Soydaşımız yazını belə bitirib:
“Müharibə şəraitində olmasına baxmayaraq ADR 100 illiyi yüksək səviyyədə qeyd ediləcək. Azərbaycanlılar öz ölkələri ilə fəxr edirlər. Bu ili rəsmi olaraq bayram kimi qeyd etmək üçün də Azərbaycan Respublikasının Prezidenti bu ilin ADR – in 100 illik yubiley ili kimi qeyd edilməsi barədə sərəncam verib. Azərbaycan xalqı hamılıqla bu yubileyi qeyd edəcək və onlar bir daha bayraqlarının enməsinə imkan verməyəcəklərini deyirlər. Necə ki, M.Ə.Rəsulzadə deyib: “Bir kərə yüksələn bayraq, bir daha enməz!”.




 
Bölməyə aid digər xəbərlər
20.10.2018
Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının İstanbuldakı konsulluq binasında öldüyünü təsdiq edib
19.10.2018
Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
18.10.2018
San-Fransiskoda Müstəqillik Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edilib
18.10.2018
Haiti prezidentinə qarşı uğursuz sui-qəsd cəhdi olub
18.10.2018
ABŞ nümayəndəsinin BMT-dəki çıxışı kubalı diplomatların sərt etirazına səbəb olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10288

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info