İrəvanda bir gündə 3 etiraz aksiyası keçirilib
Tarix: 21.05.2018 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Parlament seçkilərinin vaxtının qeyri-müəyyən olması da, ölkədəki ictimai-siyasi vəziyyətə mənfi təsir edir

«Nikol Paşinyan hökumətinin fəaliyyətinin ilk həftəsi başa çatıb. Təbii ki, ideal hökumətin mövcudluğu ilə bağlı müzakirə açmaq yersizdir. Yəni heç bir hakimiyyəti ideal hakimiyyət kimi dəyərləndirmək doğru deyil. Lakin Paşinyanın yaratdığı mövcud kabinet əvvəlkindən xeyli fərqlənir. Bu gün, bəzi istisnalara baxmayaraq, ona güvən var ». Bu fikirlər ermənilərin «1in.am» saytından götürülüb.
Ermənistanda hakimiyyət dəyişikliyinin şərti olaraq baş verdiyini bildirən sayt, keçmiş hakimiyyətin yeni hökumət üçün hər an partlayışa səbəb ola biləcək xeyli sayda həllini gözləyən məsələləri saxladığını bəyan edir. Saytın yazdığına görə, yeni hökumətin sabiq sistemdən qalmış maneələri aradan qaldıra bilməsi üçün, cəmiyyət “nəfəs almanı” dəstəkləməlidir. Yəni yeni hökumət vəziyyətin idarəedilməsini təmin etməli və xaotik meyillərə yol verməməlidir. Bundan başqa, Paşinyan cəmiyyətdəki müxtəlif qrupların dəstəyini itirməmək üçün effektiv əməliyyat rəhbərliyini tətbiq etməlidir: «Belə görünür ki, yeni baş nazir bütün bu problemlərdən xəbərdardır və təsadüfi deyil ki, hökumətin fəaliyyətinin ilk həftəsində ictimai duyğulara dərhal cavab vermək məqsədilə hökumət institusional platformalar yaratmağa çalışıb».
Əlbəttə ki, inqilabçı rejimin ölkədəki oliqraxlara və korrupsiyaya qarşı mübarizə siyasəti müəyyən müddət dəstəklənə bilər. Lakin ölkənin təhlükəsizlik xidmətinin son müəmmalı açıqlamaları qarşıdan gözlənilən təhlükənin hər an baş verə biləcəyini istisna etmir.
Bütün bunlara rəğmən, bu gün ölkədə əsas məsələ hökumətin formalaşdığı fövqəladə seçkilərin hazırlanmasıdır ki, bu məsələ hələ də açıq olaraq qalır. Xatırladaq ki, Nikol Paşinyan ötən həftə seçkilərin bu il ərzində keçiriləcəyini bildirmişdi. Lakin qeyd edilməlidir ki, Paşinyanın sözləri siyasi qərar yox, istəklərdən daha çox ehtimal kimi anlaşıldı. Məsələn, Paşinyan komandasının üzvü Alen Simonyan, seçki qanunvericiliyi islahatlarının başa çatmadığı üçün sentyabr ayına qədər seçkilərin keçirilməsini istisna edir. Lakin xatırladaq ki, sentyabr ayında ermənilər üçün çox vacib bir zirvə toplantısı– Frankofoni toplantısının keçiriləcəyi planlaşdırılıb. Təbii ki, erməni mənbərinin yazdığına görə, bunu seçki prosesi ilə eyni dövrə salmaq mümkün deyil.
Yeni ilqabağı aylar isə seçki prosesi üçün son dərəcə əlverişsizdir və belə görünür ki, erkən seçkilərin keçirilməsi gələn ilin birinci yarısına qalacaq. Maraqlıdır, görəsən, Nikol Paşinyan hökuməti bu uzun müddət ərzində reytinqini qoruyub saxlaya biləcəkmi? Xalqın ona qarşı olan inamında hər hansı bir dəyişiklik olacaqmı? Onun bu ərəfədəki fəaliyyəti ölkə daxilində yeni bir inqilaba rəvac verəcəkmi? Təbii ki, bütün bu suallara, xüsusilə də, erkən seçkilərin tarixi də məlum olmadığından cavab vermək çox çətindir.
Daha bir nüansı xatırlatmaq yerinə düşər. Belə ki, bu gün bəzi erməni siyasətçilərinin Paşinyanın yeni kabinetdə yer alan nazirləri barədə fikirləri müxtəlifdir. Məsələn, "Sociometer" sosiologiya mərkəzinin direktoru Aqaron Adibekyan yeni kabinetə təyinat alan nazirlərin «vəzifələrinə hazırlıq və uyğunluğunu» iki qiymətlə dəyərləndirib. Adibekyanın qiymətləndirməsinə görə, yeni hökumətdə vəzifə tutan nazirlərin cəmi 10 nəfəri müvafiq təhsilə malikdirlər, qalan 12 nəfər isə gələcək fəaliyyət sahəsinə uyğun olan əsas təhsilə malik deyillər.
Yeri gəlmişkən, bir müddət əvvəl İrəvan küçələrində Paşinyana dəstək verən «Sasna Tsrer» tərəfdarları indi onu xalqa verdiyi vədləri yerinə yetirməməkdə ittiham edirlər. Belə ki, İrəvan küçələrində etiraz mitinqi keçirən «Sasna Tsrer» tərəfdarları Paşinyanın təyinatının - İrəvan polisinin müavini Valeri Osipyanın istefasını tələb edirlər. Mitinqçilər Paşinyandan hökumətlə əməkdaşlıq gözlədiklərini, əvəzində isə sərt polis təpkisilə üzləşdiklərini bildirirlər
Başqa bir mitinq edən qrup isə İrəvandakı “Sürməli” yarmarkasında ticarətlə məşğul olanlardır. Onlar icarə haqqının azaldılmasını tələb edirlər…
“Siyasi məhbuslarsız Ermənistan” şüarı altında toplaşanlar isə qondarma “DQR”-in sabiq müdafiə naziri Samvel Babayanın həbsdən azad edilməsi ilə bağlı aksiyalarını bərpa ediblər.Beləliklə, eyni gündə İrəvanın üç ayrı məkanında etiraz aksiyaları keçirilir.Bu da onu göstərir ki, Ermənistanda sabitliyin yaxın günlərdə bərpa olunması ehtimalı çox azdır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.06.2018
Putin Paşinyanı alçaldıb
16.06.2018
Paşinyan rus təhdidləri ilə Avropa “imkanları” arasında qalıb
16.06.2018
“Jamanak“: “Paşinyan istefa verəcək”
14.06.2018
Paşinyan hökumətində ilk çatlar
14.06.2018
Paşinyanın təyinatı ermənilərdə hiddət doğurdu

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info