Tələbələrimiz Qazaxıstanda AXC-nin yubileyi ilə bağlı tədbir keçiriblər
Tarix: 21.05.2018 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


Türküstandakı Azərbaycanlı Tələbələr Təşkilatı tərəfindən Qazaxıstanın Türküstan şəhərində Beynəlxalq Əhməd Yasəvi universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley münasibəti ilə tədbir keçirilib.
Əvvəlcə Qazaxıstanın və Türkiyənin dövlət himni ilə yanaşı ilk dəfə olaraq Azərbaycanın da dövlət himni səsləndirilib. Tədbirdə iştirakçılara AXC`nin yaranma tarixi, onun qurucuları haqqında ətraflı məlumat verilərək vurğulanıb ki, Azərbaycanın çox əsirlik dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması əlamətdar hadisə olmuş və Azərbaycan xalqının dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən birini təşkil etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və milli dövlət quruculuğunun bərqərar edilməsi, Azərbaycan xalqının suverenliyinin təmin olunmasında, tarixi yaddaşının formalaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Əhməd Yasəvi universiteyinin prorektoru Mustafa Qutalmış Azərbaycan xalqına səmimi təbriklərini çatdıraraq Azərbaycanın bütün bölgələrini doğulduğu şəhər kimi sevdiyini söyləmiş, Azərbaycanın türk tarixində, hətta Türkiyənin tarixində əhəmiyyətli yerə sahib olduğunu diqqətə çatdırmışdır.
"Azərbaycana ilk dəfə Sovetlər Birliyi zamanında getdim. O zamanlar bu ölkənin nə qədər çətin bir durumda olduğunu və bu çətinliyə qarşı necə mübarizə apardığını gördüm.
Özünü türk hiss edən hər kəsin Azərbaycanı, Bakıda salınmış Şəhidlər Xiyabanını gedib görməsi lazımdır. Azərbaycan bütün istiqamətdə insanlıq tarixinin ən parlaq coğrafiyalarından biridir. Qardaş ölkə sadəcə tarixin bu üst səviyyəsi ilə sərhədlənmiş deyildir, Azərbaycan eyni zamanda bütün türk və müsəlman dünyasında ilk qızlar məktəbinin, ilk teatrın, ilk operanın və bu gün də millətləri maraqlandıran nə qədər inkişaf etmiş sahə varsa hamısının ilk yaşandığı Cümhuriyyətdir. Azərbaycan nemətləri və təbii zənginlikləri baxımından bəlkə də dünyanın yeganə ölkəsidir və bütün bunların hamısı zəhmətkeş Azərbaycan xalqının gərgin əməyi nəticəsində mümkün olmuşdur. " Prorektor çıxışının sonunda universitetin tələbələrinə Azərbaycanın şanlı tarixini oxumağı tövsiyə etmiş və belə bir tədbiri təşkil etdikləri üçün azərbaycanlı tələbələrə təşəkkür etmişdir.
Daha sonra Beynəlxalq Əhməd Yasəvi universitetinin vitse-prezidenti Baxıtjan Məhəmmədjanov təbriklərini çatdıraraq, 2 il öncə Azərbaycanın Qazaxıstandakı səfirliyinin Türküstana səfərini xatırlatmış və
Azərbaycanla Qazaxıstan arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləmişdir.
"Mən çox şadam ki, bu gün universitetimizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilir. Ölkələrimiz arasında sıx və geniş əlaqələr mövcutdur. Əminəm ki, unuveritetimizdə təhsil alan azərbaycalı tələbələr gələcəkdə bu əlaqlərin daha da inkişaf etdirməsi üçün səylərini əsirgəməyəcəklər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi mübarək olsun. Azərbaycanın müstəqilliyi əbədi olsun."

Azərbaycanlı tələbələr adına çıxış edən Ruslan Dost Əli ölkə Prezidentinin sərəncamı ilə 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edildiyini vurğulayaraq, tədbir iştirakçılarının nəzərə çatırıb ki, dövlət başçısının müvafiq sərəncamı bu tarixin xalqımız üçün son dərəcə əhəmiyyətli olduğunu bir daha ortaya qoymuş oldu. Ruslan Dost Əli daha sonra, 1918-ci ildə dünyada cəmi 24 dövlətin mövcud olduğu bir zamanda 25-ci demokratik dövlətin Azərbaycanda yarandığını diqqətə çatdırmış və bunları qeyd etmişdir: " Arxaya dönüb baxdığımız da şərəfli bir keçmişimizin olduğunu görürük. Biz bu gün də, sabah da keçmişimizə laiqli bir şəkildə yaşamağı bacara bilməyimiz üçün Cümhuriyyət qurucularımızın yolu ilə getməli, nə olursa olsun, iradəmizdən, məramımızdan dönməməliyik. Vətənimizə, millətimizə hər zaman sahib çıxmalı, dövlətimizə sadiq olmalı və ölkəmizin milli maraqlarını hər şeydən yüksək tutmalıyıq.

Bir əsr öncə üç rəngli bayrağımızı o dövrün ictimai-siyasi çətinliklərinə baxmayaraq başları üstünə qaldıran, ona sahib çıxan, onu şərəfi, namusu bilən, mavi göy üzündə dalğalandıran kişilərin Ruhu qarşısında baş əyirəm!"

Daha sonra iştirakçılara modern Azərbaycanla bağlı video-rolik təqdim olunmuşdur. Tədbir milli musiqimizlə və müxtəlif nömrələrlə davam etdirilmişdir.

Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə və ümummilli lider Heydər Əliyevin 95-ci ildönümü münasibəti ilə Qazaxıstanda nəşr edilmiş "28 MAY" qəzetinin təqdimat mərasimi keçirilmiş və tədbir iştirakçılarına həddiyə edilmişdir. Qəzet universitetin müəllim və tələbə heyəti tərəfindən böyük maraqla qarşılanmışdır.
Sonda tələbələrə Azərbaycan bayrağı paylanmışdır.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
İrəvan Dövlət Azərbaycan Dram Teatrı üçün iki milyon ayrılıb
20.02.2019
Cənub Qaz Dəhlizi ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir
20.02.2019
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib
20.02.2019
Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüş
20.02.2019
Prezidentin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini ilə görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10607

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info