Stolüstü tennis üzrə liqa yarışları başa çatıb
Tarix: 21.05.2018 | Saat: 21:42:00 | E-mail | Çapa göndər


Stolüstü tennis üzrə liqa yarışları başa çatıb.
AZƏRTAC xəbər verir ki, komanda xarakteri daşıyan yarışlar yüksək və standart liqa olmaqla keçirilib. Mərhələlər ilə keçirilən turlar yüksək liqada 6 oğlan və qız, standart liqada isə 12 oğlan və 7 qız komandası arasında təşkil olunub.
Qızların birinci liqa yarışlarında “İdeal” birinci, “Feniks” ikinci, “Pilot” isə üçüncü pillədə qərarlaşıb. Oğlanların mübarizəsində də “İdeal” komandası qızıl medal qazanıb. “Qələbə-1” yarışı ikinci, “Feniks” isə üçüncü pillədə başa vurub.
Qızlar arasında ikinci liqa yarışlarında “Feniks-2” komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Buta” ikinci, “Atəşgah” üçüncü olublar. Oğlanlar arasında “Çıraqqala” bütün rəqiblərinə qalib gəlib. “İdael-2” gümüş, “Atilla” isə bürünc medal qazanıblar.
Bağlanış mərasimində Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezident Səbuhi Mehdizadə ölkəmizdə digər idman növləri ilə yanaşı, stolüstü tennisin də inkişaf etdiyini, bu idman növünə uşaq və yeniyetmələrin getdikcə artan marağını diqqətə çatdırıb. Pilot layihə olan liqa yarışlarına Bakı, Sumqayıt, Şabrandan olan idmançıların qatıldığını və gələcəkdə respublikanın bütün regionlarını əhatə edəcəyini bildirib.
Sonda qaliblərə medal və pul mükafatları təqdim edilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Toplan” sahibsiz itlərə qayğı mərkəzinin növbəti hissəsinin təməli qoyulub
15.02.2019
Əli Həsənov: “Düşmənçilik toxumu səpmək istəyən qüvvələr öz çirkin niyyətlərinə çatmayacaqlar”
15.02.2019
AQTA sahibkarlara müraciət edib
15.02.2019
Qaradağ rayonunun Ümid qəsəbəsində görüş-səyyar qəbul keçirilib
15.02.2019
Bu il daha 10 aqroparkın istifadəyə verilməsi nəzərdə tutulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10594

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 İtaliyada ötən ildən indiyə kimi qripdən 52 ölüm halı qeydə alınıb
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info