AXC-nin 100 illik yubileyi prokurorluq orqanlarında qeyd olunub
Tarix: 21.05.2018 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Konfransı giriş sözü ilə açan baş prokuror Zakir Qaralov 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılan və xalqımızın dövlətçilik tarixində misilsiz rolu olan ilk demokratik, parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti barədə məlumat verib. Zakir Qaralov Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığını xüsusi vurğulayıb. Baş prokuror ölkəmizin müstəqilliyinin bərpasından sonra qazanılmış uğurlar, ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsində misilsiz xidmətləri və ulu öndərin etibarlı davamçısı Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlar haqqında məlumat verib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov “Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir” mövzusunda məruzə ilə çıxış edərək Cümhuriyyətin xalqımızın dövlətçilik tarixinin şanlı səhifələrindən olduğunu diqqətə çatdırıb. Tarix İnstitutunun direktoru ulu öndər Heydər Əliyevin vəsiyyətinə əsasən nəşr edilən “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın Cümhuriyyət tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi əsər olduğunu vurğulayıb. Çıxışından sonra akademik Y.Mahmudov “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı baş prokurora təqdim edib. AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, Milli Məclisin deputatı, professor Musa Qasımlı “Müsəlman Şərqinin ilk demokratik respublikası” mövzusunda məruzəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə nəticələnən ictimai-siyasi prosesin milli özünüdərk və milli süurun formalaşmasına təkan verən maarifçilik hərəkatı ilə başladığını deyib. Bu hərəkatda Cümhuriyyətin qurucularının misilsiz xidmətlərini xüsusi qeyd edən M.Qasımlı diqqətə çatdırıb ki, Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda milli azadlıq hərəkatının ön sıralarında ziyalılar addımlayırdılar. Cümhuriyyətin ağır ictimai-siyasi şəraitdə elan edilməsinə baxmayaraq, mühüm uğurlar əldə etdiyini diqqətə çatdıran M.Qasımlı, bu baxımdan 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin dünyanın ən böyük dövlətləri tərəfindən tanınmasının, nizami ordu yaradılmasının, müsəlman Şərqində ilk dəfə qadınlara seçki hüququnun verilməsinin önəmini xüsusi vurğulayıb. Baş prokurorun müavini Namiq Əsgərov “Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki müstəsna rolu” mövzusunda çıxış edib. Tədbir çərçivəsində AMEA-nın Tarix İnstitutu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tarixini özündə əks etdirən və nəfis şəkildə hazırlanmış “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” və digər kitablar nümayiş etdirilərək konfrans iştirakçılarına təqdim olunub. Konfransın sonunda Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin hazırladığı “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib.




 
Bölməyə aid digər xəbərlər
21.06.2018
700 bal toplayan abituriyent: “Seçimim BANM oldu”
21.06.2018
Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı açıqlandı
21.06.2018
Nazir: “Ali məktəblərə qəbulda iki dəyişiklik nəzərdə tutulub“
21.06.2018
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 17-ci ili tamam olur
20.06.2018
On beşinci əsrdə tərtib olunmuş lüğət Azərbaycana gətirilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9435

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Futbol üzrə Dünya Çempionatı başladı
3 Regional geosiyasi vəziyyət müzakirə edilib
4 Putin Paşinyanı alçaldıb
5 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info