Qay Rayder: “Azərbaycan sosial sahəylə bağlı uğurlu təcrübəsini digər ölkələrlə bölüşdürməlidir”
Tarix: 22.05.2018 | Saat: 15:13:00 | E-mail | Çapa göndər


Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Əmək Təşkilatının baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən verilən məlumata görə, ölkəmizdə olmasından məmnunluğunu bildirən Q. Rayder Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını qeyd edib.

Görüş zamanı tərəflər Azərbaycanda keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfransın əhəmiyyətini və konfrans zamanı faydalı müzakirələrin aparıldığını vurğulayıblar. Həmçinin, tərəflər Beynəlxalq Əmək Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətinə toxunaraq bu əlaqələrin uğurla davam etdiriləcəyinə əminliklərini qeyd ediblər.

Q.Rayder Azərbaycanın son on illik ərzində sosial sahədə əldə etdiyi nailiyyətlərin təqdirəlayiq olduğunu qeyd edərək bu uğurlu təcrübənin digər ölkələrlə bölüşdürülməsinin vacibliyini diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov son illər ərzində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının davamlı inkişafı, o cümlədən dayanıqlı inkişaf məqsədlərinin yerinə yetirilməsi, əhalinin əmək və sosial təminatı istiqamətində bir sıra mühüm işlər görüldüyünü, xüsusilə işsizliyin sürətlə azaldılması ilə bağlı qısa müddət ərzində böyük uğurların əldə edildiyini bildirib.

Həmçinin, müstəqillik dövründə Azərbaycanın sosial-iqtisadi inkişafından danışan nazir Elmar Məmmədyarov bildirib ki, Azərbaycan bu nailiyyətlərə Ermənistanın hərbi təcavüzü, ərazilərimizin 20 faizinin işğalı və bir milyondan artıq qaçqın və məcburi köçkünün mövcudluğu şəraitində nail olub.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb
15.02.2019
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
15.02.2019
“Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
15.02.2019
“İnternet media vacib informasiya mənbəyinə çevrilib”
15.02.2019
Ermənistandan azərbaycanlıların qovulması və yəhudilərin köçü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10594

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 İtaliyada ötən ildən indiyə kimi qripdən 52 ölüm halı qeydə alınıb
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info