Qubernator: “AXC-nin 100 illiyi münasibətilə Azərbaycanı təbrik etməkdən şərəf duyuram”
Tarix: 22.05.2018 | Saat: 11:15:00 | E-mail | Çapa göndər


ABŞ-ın Kaliforniya ştatının qubernatoru Edmund Braun Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə bağlı təbrik bəyannaməsi imzalayıb.
 
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna ünvanlanmış bəyannamədə qubernator qeyd edib: “Kaliforniya ştatı adından müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika olan və ilk dəfə qadınlara səsvermə hüququ verən Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə Azərbaycanı təbrik etməkdən şərəf duyuram”.
 
E. Braun sənəddə Azərbaycanın qədim tarixə malik tolerantlıq ənənələrini, ölkəmizdə müsəlman, xristian və yəhudilər arasında dinlərarası harmoniyanı və onların sülh şəraitində birgəyaşayışını yüksək qiymətləndirdiyini vurğulayır. Qubernator on minlərlə azərbaycanlının bu gün Kaliforniyada yaşayaraq, bu ştatın inkişafına və multikulturalizminə öz töhfələrini verdiyini diqqətə çatdırır.
 
O, həmçinin 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra öz azadlığını və müstəqilliyini gücləndirdiyini, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyini qeyd edir.
 
Sonda qubernator Azərbaycan xalqını bir daha bu tarixi gün münasibətilə təbrik edərək, Azərbaycana bundan sonra da uğurlar arzulayır.
 
Qeyd edək ki, 39 milyon əhalisi olan Kaliforniya ştatı əhali və iqtisadi gücünə görə ABŞ-ın ən böyük ştatıdır. 2.7 trilyon dollarlıq ÜDM-ə malik bu ştat ötən ay Böyük Britaniyanı qabaqlayaraq dünyanın ən güclü 5-ci iqtisadiyyatı olub. 1 milyonadək erməninin yaşadığı Kaliforniya dünyada ermənilərin ən sıx yaşadığı yerlərdəndir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.06.2018
Bolqarıstanın Sozopol şəhərində Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub
21.06.2018
Azərbaycanlı siyasətçinin İsveç qəzetlərində məqaləsi dərc olunub
21.06.2018
“ABŞ-ın Türkiyədən Rusiya ilə münasibətləri dayandırmağı tələb etməyə haqqı yoxdur“
21.06.2018
Tramp miqrant ailələrinin ayrılması praktikasını dayandıran fərman imzalayıb
20.06.2018
Türk hərbi qüvvələri ABŞ-la razılaşma çərçivəsində Menbiçə daxil olub

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9435

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Futbol üzrə Dünya Çempionatı başladı
3 Regional geosiyasi vəziyyət müzakirə edilib
4 Putin Paşinyanı alçaldıb
5 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info