Bakıda “Youthvision 2018” beynəlxalq mahnı müsabiqəsi keçiriləcək
Tarix: 22.05.2018 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Qızıl Qala production ilə birgə Bakı şəhərində ayın 25-də “Elektra Events Hall”da “Həmişə gənc” şüarı altında “Youthvision 2018” Beynəlxalq mahnı müsabiqəsi keçirəcək.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, “Youthvision” Beynəlxalq mahnı müsabiqəsinin keçirilməsində əsas məqsəd yaradıcı və istedadlı gənclərin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.
Müsabiqə haqqında məlumatın yerləşdirilməsi və iştirakçıların onlayn qeydiyyatı məqsədi ilə 2016-cı ildə youthvision.az saytı istifadəyə verilmişdir. Müsabiqə 14-35 yaşarası gənclər arasında keçirilir. Müsabiqədə qiymətləndirilmə beynəlxalq münsiflər heyəti tərəfindən aparılır. Bu məqsədlə hər iştirakçı dövlətdən 1 nəfər münsif üzv dəvət olunur.
Müsabiqədə bu il ümumilikdə 23 ölkənin – Azərbaycan, ABŞ, Litva, Xorvatiya, Rumıniya, Pakistan, Türkiyə, Uqanda, Latviya, Rusiya, Serbiya, İran və bir sıra digər dövlətlərin 60-a yaxın iştirakçı, münsif və onları müşaiyət edən nümayəndələrin gəlişi gözlənilir. Xatırladaq ki, ötən il keçirilən “Youthvision 2017” Beynəlxalq Mahnı müsabiqəsinin qalibi Gürcüstan (109 xal), 2-ci yer Qırğızıstan (100 xal), 3-cü yer isə Moldova (97 xal) təmsilçiləri tutublar.
Müsabiqənin ümümi mükafat fondu 6000 ABŞ dolları təşkil edir. Əsasnaməyə görə beynəlxalq münsiflər heyəti tərəfindən ən çox bal toplamış ilk üç yerin qalibləri aşağıdakı məbləğdə mükafatlandırılır: I yer 3000 ABŞ dolları, II yer 2000 ABŞ dolları və III yer üçün 1000 ABŞ dolları məbləğində mükafat verilir.
Qeyd edək ki, 20-26 may tarixlərində Bakıda olacaq qonaqlar şəhərin müxtəlif görməli yerlərini, tarixi abidələrini ziyarət edəcək, onlara Azərbaycan tarixi, mədəniyyəti haqqında ətraflı məlumat veriləcək. Bununla yanaşı, Bakının müxtəlif məkanlarında müsabiqədə təqdim olunması üçün iştirakçıların tanıtım çarxlarının çəkilişi də həyata keçiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Atəşkəs 26 dəfə pozulub
15.11.2018
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara müraciət etdi
14.11.2018
Avtomobildə külli miqdarda dərman vasitələri aşkarlandı
14.11.2018
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 29 dəfə pozub
13.11.2018
D230 blokunun kəşfiyyatı, işlənməsi və hasilatı üzrə saziş təsdiq olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info