“Cəfər Cabbarlı mükafatı” yeni laureatlarına təqdim olunub
Tarix: 22.05.2018 | Saat: 12:33:00 | E-mail | Çapa göndər


Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Cəfər Cabbarlı mükafatı”nın təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Cəfər Cabbarlının ev-muzeyinin direktoru, mükafat komissiyasının sədri Qəmər Seyfəddinqızı bu mükafatın muzeyin layihəsi əsasında “BP Azerbaijan” şirkətinin sponsorluğu ilə 2001-ci ildə təsis olunduğunu bildirib. Mükafatın Cəfər Cabbarlı teatrının və yaradıcılığının səhnə təcəssümü, tədqiqi və təbliği sahəsində müstəsna işlərə, əsərlərə, Azərbaycan ədəbiyyatının və teatrının, estetik fikrinin inkişafında xüsusi hadisə olan bədii nümunələrə görə teatr xadimlərinə və dram yazarlarına təqdim edildiyini söyləyib.
Qeyd edilib ki, 2018-ci ilin “Cəfər Cabbarlı mükafatı” Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyinin “Təhsil müəssisələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusuna həsr olunan əsərlərin, vətənpərvərlik ideyalarının təbliği” layihəsi əsasında həyata keçirilib.
Bildirilib ki, “Cəfər Cabbarlı mükafatı” ədibin yaradıcılığının zənginliyi və incəsənətin müxtəlif sahələrindəki əvəzsiz xidmətləri nəzərə alınmaqla müxtəlif nominasiyalar üzrə müəyyənləşdirilib, ədəbiyyat, teatr və kino, jurnalistika, ədəbiyyatşünaslıq sahələri üzrə çalışan yaradıcı insanlara, ədəbiyyat və incəsənət xadimlərinə verilir.
Sonra ilin “Cəfər Cabbarlı mükafatı” ziyalılara təqdim edilib.
Ədəbiyyatşünaslıq nominasiyası üzrə filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, teatr və kino nominasiyası üzrə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq Artisti Şəfiqə Məmmədova, jurnalistika nominasiyası üzrə “Ədalət” qəzetinin baş redaktoru, Əməkdar Jurnalist İradə Tuncay və teatr nominasiyası üzrə Azərbaycan Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev mükafata layiq görülüblər.
Cəfər Cabbarlı irsinin gənclərin formalaşmasında böyük əhəmiyyətini qeyd edən ziyalılar dəyərli mükafat üçün minnətdarlıqlarını bildiriblər.
Sonda ədibin əsərləri əsasında hazırlanmış səhnəcik, əsərlərindən nümunələr və “Cümhuriyyət-100” mövzusunda ədəbi-bədii kompozisiya təqdim olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.06.2018
Bakıda Yoqa festivalına start verib
24.06.2018
Xaçmazda Qara Qarayevin 100 illik yubileyi konsert proqramı ilə qeyd olunub
24.06.2018
Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına yenidən ev sahibliyi edəcək
23.06.2018
İran Milli Orkestri ilk dəfə olaraq Bakıda çıxış edəcək
22.06.2018
Milli irsimizin yorulmaz tədqiqatçısı

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9462

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info