Nazir müavini: “İqtisadi islahatlar nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin edilib“
Tarix: 22.05.2018 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2017-ci ilin dövlət büdcəsinin icrası müzakirə olunub. Komitə sədri Ziyad Səmədzadə bildirib ki, ötən ilin büdcəsinin icra vəziyyəti iqtisadiyyatda müsbət meyllərin gücləndiyini göstərir. "Dövlət büdcəsinin əsas parametrlərinin icrası təmin edilib. Heç bir sosial proqramın icrasında maliyyə sıxıntısı olmayıb. Bu da 2018-ci ilin dövlət büdcəsini daha yüksək göstəricilərlə təmin olunmasına şərait yaradıb", - o qeyd edib. 
Müzakirələrdə iştirak edən maliyyə nazirinin müavini Azər Bayramov isə bildirib ki, həyata keçirilən iqtisadi islahatlar nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin edilib, iqtisadi artım qeydə alınıb. "Ötən il ölkə iqtisadiyyatına əlavə xarici valyuta daxil olub. Borc öhdəliklərinin maliyyə təminatı formalaşdırılıb. Azərbaycanın xarici ticarəti 12,3 faiz, əmtəə ixracı 18,1 faiz, o cümlədən qeyri-neft əmtəə ixracı 24,4 faiz artıb. Ölkənin strateji valyuta ehtiyatları 4 milyard dollar artaraq ilin sonuna 41 milyard dolları keçib",  deyə A.Bayramov vurğulayıb. 
Qeyd edək ki, 2017-ci ildə icmal büdcənin gəlirləri 24 mlrd. manat və yaxud 104,8%, xərcləri isə 25 mlrd. manat və yaxud 82,4% səviyyəsində icra olunub. İcmal büdcənin kəsiri 1,1 mlrd. manat təşkil edib ki, bu da ölkənin ümumi daxili məhsulunun 1,6%-i deməkdir və proqnozdan 9,5% bəndi azdır.
Ötən il dövlət büdcəsinin mədaxili 16,517 mlrd. manat və yaxud 98,5% icra olunub. Dövlət büdcəsinin transfert nəzərə alınmadan gəlirləri 10,417 mlrd. təşkil edib. Bu da 2016-cı illə müqayisədə 526 mln. manat və yaxud 5,3% çoxdur. Büdcə daxilolmalarının 8,633 mlrd. manatı qeyri-neft sektorunun hesabına təmin olunub. Bu da 2016-cı ilə nisbətən 352 mln. manat və yaxud 4,3% çoxdur.
2017-ci ildə qeyri-neft sektorundan büdcə daxilolmalarının xüsusi çəkisi 2016-cı illə müqayisədə 5% bəndi artaraq 52,3% təşkil edib.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Hazırda biz Avrasiyanın enerji xəritəsini dəyişəcək “Cənub Qaz Dəhlizi“ layihəsini həyata keçiririk”
20.09.2018
Yanvar-avqust aylarında əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info