“Odlar Yurdu” Gənclər İctimai Birliyi Azərbaycanı Rumınyada təmsil edəcək
Tarix: 22.05.2018 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


“Odlar Yurdu” Gənclər İB 5 fəaliyyət istiqamətlərindən biri- beynəlxalq əlaqələrin inkişafı çərçivəsində növbəti beynəlxalq layihənin tərəfdaşı olub. Avropa Komissiyasının (The European Commission ) Erasmus Plus proqramı çərçivəsində Rumunyanın Krayova şəhərində keçirilən “You are not alone” (sən tək deyilsən) adlı layihə əlil insanların cəmiyyətə inteqrasiyası mövzusu istiqamətində, gənclər mübadiləsi proqramı formatında icra olunacaq. Birliyin sədri Nigar Ələsgərovanın sözlərinə görə 5 nəfərlik heyyətlə Birlik 31 may- 6 iyun tarixlərində layihəyə qatılacaqlar. Layihə çərçivəsində Azərbaycan mədəniyyət gecəsi təşkil olunacaq və ölkəmiz gənclər tərəfindən layiqincə təmsil olunacaq. Cari ilin aprel ayında Rumunyada layihənin hazırlıq görüşündə iştirak edən sədr İngiltərə, Yunanıstan, Bolqariya, Azərbaycan ,Türkiyə və Rumunyadan ümumilikdə 35 nəfər gəncin layihədə iştirak edəcəyini bildirib.
Məlumat üçün bildirək ki, bu layihə birliyin sayca 18-ci beynəlxalq layihə tərəfdaşlığıdır. Birlik Türkiyə, Sloveniya, İtaliya, Norveç, Moldova, Gürcüstan, Yunanıstan, Bolqarıstan kimi ölkələrdə keçirilən layihərin tərəfdaşı olaraq könüllü gənclərə həmin layihələrdə iştirak imkanı tanımış, onların dünyagörüşlərinin, xarici dil və s. kimi vacib biliklərinin artmasına dəstək olmuşdur. Həmçinin bütün layihələrdə təşkil olunan “Azərbaycan Mədəniyyət gecəsi” vasitəsilə ölkəni yüksək səviyyədə və layiqincə təmsil etmişlər.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.10.2018
Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
20.10.2018
20 oktyabr - Azərbaycanda Energetiklər Günüdür
20.10.2018
Udmurtiyada Tofiq Kərimovun xatirəsi əbədiləşdiriləcək
19.10.2018
“Bakcell”in dəstəklədiyi gənclərin uğuru
19.10.2018
AZAL və “Belavia“ Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10290

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


21.10 17:00
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info