Aleksandr Vuçiç Azərbaycan iş adamlarını Serbiyaya dəvət edib
Tarix: 22.05.2018 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində mayın 22-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Serbiya işgüzar görüşü keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycanın kənd təsərrüfatı, tikinti, qida sənayesi, turizm, maşınqayırma, bankçılıq, İKT və sair sahələrdə fəaliyyət göstərən şirkətlərinin nümayəndələri iştirak ediblər. Serbiya Prezidentini və nümayəndə heyətini salamlayan iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Serbiya əlaqələrinin strateji tərəfdaşlığa, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını, Azərbaycan və Serbiya dövlət başçılarının əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. Bildirib ki, Serbiya Prezidentinin səfəri zamanı dünən imzalanmış sənədlər ölkələrimiz arasında müqavilə-hüquqi bazanın genişlənməsinə və əlaqələrin inkişafına öz töhfəsini verəcək. İşgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini qeyd edən Şahin Mustafayev biznes təşəbbüslərinin stimullaşdırılması baxımından bugünkü işgüzar görüşün yeni əməkdaşlıq imkanlarının yaranmasına, mövcud əlaqələrin və ticarət əməkdaşlığının genişlənməsinə müsbət təsir göstərəcəyini bildirib. Nazir Azərbaycanın “Azvirt” şirkətinin Serbiyada yol tikintisini uğurla həyata keçirdiyini qeyd edib, əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb. Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, səfəri çərçivəsində Azərbaycanla daha yaxından tanış olmaq üçün yaradılan imkana görə Prezident İlham Əliyevə təşəkkür edib. Ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsinə önəm verdiyini, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdiyini vurğulayan Serbiya Prezidenti ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafının yüksək səviyyəli siyasi əməkdaşlıq səviyyəsinə yüksəlməsi üçün imkanları diqqətə çatdırıb. Qeyd edib ki, səfəri zamanı imzalanmış sənədlər, o cümlədən Strateji Tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planı ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi önəm kəsb edir. Serbiyada yol tikintisini həyata keçirmiş Azərbaycanın “Azvirt” şirkətinin fəaliyyətini müsbət qiymətləndirən Aleksandr Vuçiç bu işlərin ölkənin digər regionlarında da davam etdirilməsini, “Azvirt”in Azərbaycan biznesini Serbiyada yüksək səviyyədə təqdim etdiyini vurğulayıb. Serbiya iqtisadiyyatı və ölkəsində yaradılmış əlverişli biznes və investisiya mühiti barədə danışan Prezident Aleksandr Vuçiç Azərbaycan iş adamlarını Serbiyada layihələr həyata keçirməyə, ölkəsinin investisiya mühitindən yararlanmağa dəvət edib. Bildirib ki, Serbiyada otel tikintisi, kurort turizminin inkişafı, nəqliyyat-tranzit, kənd təsərrüfatı, sənaye, turizm və sair sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var. Sonra Aleksandr Vuçiç Azərbaycan şirkətlərinin Serbiya iqtisadiyyatına, əməkdaşlıq imkanlarına dair suallarını cavablandırıb, Serbiya Prezidentinin müşaviri Danilo Sisimil Serbiyanın biznes mühiti barədə məlumat verib.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Pambığın alış qiyməti artırılıb
20.09.2018
“Hazırda biz Avrasiyanın enerji xəritəsini dəyişəcək “Cənub Qaz Dəhlizi“ layihəsini həyata keçiririk”
20.09.2018
Yanvar-avqust aylarında əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info