Serbiya Prezidentinə Azərbaycan Dillər Universitetinin fəxri doktoru diplomu təqdim edilib
Tarix: 22.05.2018 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


Aleksandr Vuçiç: “Azərbaycanın multikulturalizm modeli dünyanın bir çox universitetlərində tədris edilir, biz bu modeli Belqrad Universitetində də həyata keçirmək niyyətindəyik”
Mayın 22-də Azərbaycan Dillər Universitetində Serb Dili və Mədəniyyəti Mərkəzinin açılışı, Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçə bu ali məktəbin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimləri keçirilib.
Əvvəlcə Prezident Aleksandr Vuçiç Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla ilə görüşüb. Görüşdə Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilib.
Sonra Azərbaycan Dillər Universitetində Serbiya Dili və Mədəniyyəti Mərkəzinin açılışı olub.
Serbiya Prezidenti mərkəzin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub. Dövlət başçısı mərkəzə xatirə hədiyyəsi təqdim edib.
Daha sonra universitetin akt zalında Serbiya Prezidentinə bu ali təhsil ocağının fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilib.
Universitetin tələbələrinin ifasında Serbiyanın dövlət himni səsləndirilib.
Mərasimdə çıxış edən rektor Kamal Abdulla Serbiya Prezidentinin Azərbaycanın dostu kimi tanındığını bildirib. “Əlamətdar hadisədir ki, universitetimizin elmi şurasının qərarı ilə Serbiya Prezidenti Aleksandr Vuçiçə Azərbaycan Dillər Universitetinin fəxri doktoru adı verilib”, - deyən rektor Serbiya Prezidentini təbrik edib.
Kamal Abdulla xatırladıb ki, bu yaxınlarda Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb və Azərbaycan Dillər Universitetinin nümayəndə heyəti mərasimdə iştirak edib. Biz də Azərbaycan Dillər Universitetində çoxdan hazırlanan bir layihəni – Serb Dili və Mədəniyyəti Mərkəzinin açılışını məhz dövlət başçısı Aleksandr Vuçiçin ölkəmizə rəsmi səfəri zamanı reallaşdırdıq. Rektor əmin olduğunu bildirib ki, həm Belqrad Universitetindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, həm də Azərbaycan Dillər Universitetindəki Serb Dili və Mədəniyyəti Mərkəzi serbiyalı və azərbaycanlı gənclərin yaxınlaşmasına, mütəxəssislərimizin birgə layihələrdə iştirakına, universitetlərimiz arasında əlaqələrin genişlənməsinə əlverişli şərait yaradacaq.
Azərbaycan xalqının multikultural xalq olduğunu deyən rektor qeyd edib ki, bizim multikulturalizm modelimiz dünyanın bir çox universitetlərində tədris edilir: “Biz bu modelimizi Belqrad Universitetində də həyata keçirmək niyyətindəyik. Bu, Serbiya multikulturalizmi ilə Azərbaycan multikulturalizmi arasında oxşar cəhətləri öyrənmək üçün imkanlar açacaq”.
Daha sonra Serbiya dövlətinin başçısına fəxri doktor diplomu və mantiya təqdim olunub.
Prezident Aleksandr Vuçiç Azərbaycan Dillər Universitetinin müəllim və tələbələri qarşısında çıxış edərək bu ali məktəbin fəxri doktoru adına layiq görülməsinin onun üçün böyük şərəf olduğunu deyib. Dövlət başçısı Azərbaycan Dillər Universitetində Serb Dili və Mədəniyyəti Mərkəzinin və Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətə başlamasının bu ölkələrin gəncləri arasında əlaqələrin genişlənməsinə töhfə olacağını vurğulayıb. Qeyd edib ki, Azərbaycan və Serbiya ərazi baxımından böyük ölkələr olmasalar da, müstəqil siyasət həyata keçirirlər. Serbiya Prezidenti ölkələrimiz və xalqlarımız arasında əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliyini bildirib, Azərbaycan Dillər Universitetinin kollektivinə uğurlar arzulayıb.
Daha sonra tələbələrin sualları cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info