Paşinyana növbəti xəbərdarlıq
Tarix: 22.05.2018 | Saat: 22:07:00 | E-mail | Çapa göndər


“ArmenianReport”:
“Xalq sürətli dəyişikliklər gözləyir”

“Ermənistanda hakimiyyətin dəyişdiyinə baxmayaraq, korrupsiya hələ də yaşamaqda davam edir. Yeni baş nazir Nikol Paşinyan da şəxsi «Facebook» səhifəsində bu məsələyə toxunub. Əslində, bu da maraqlı bir həlldir.Belə deyirlər ki, tarixin subyektor əhval-ruhiyyəyə dözümü olmur və əgər olsaydı, Sarkisyannın hələ müəyyən bir müddət də hakimiyyətdə qalma şansı olardı». Bu fikirlər ermənilərin «ArmenianReport» saytından götürülüb. Yazıda daha sonra deyilir: «Bu gün Sarkisyan de-yure heç kimdir. Lakin o , de-fakto ölkədəki vəziyyətə təsir etməkdə davam edir. Doğrudur, Sarkisyana yaxın olan adamların bunun əksini inandırmağa çalışdıqlarına baxmayaraq, o indi də siyasi intiqam üçün məqam gözləyir. Təbii ki, siyasi intiqam üçün çarpışan təkcə Serj Sarkisyan deyil. Hazırkı parlamentin vitse-spikeri Eduard Şarmazanov da bu qəbildən olanlardandır. Bu adam dəfələrlə Nikol Paşinyanın prinsipinə açıq şəkildə etiraz edən şəxslərdəndir: «Biz revanşist deyilik. Biz nə menşevik nə də bolşeviklərik». Şamarzanov üzvü olduğu Respublikaçı Partiyasına qarşı ittihamlar irəli sürənləri çəkindirməyə çağırır. Bununla o, haradasa Respublikaçı Partiyayasına, partiya sədri Serj Sarkisyana haqq qazandırmağa çalışır. Lakin o çox şeyi unudur. Unudur ki, onun təmsil etdiyi partiya partiyaların ən pisi, hətta dünya tarixindəki qəddar partiyaların ən pis variantıdır».
Təbii ki, bir müddət əvvəl hakimiyyətdə olan Respublikaçı Partiyası və onun üzvləri barədə qərəzli danışılması, başadüşüləndir. Adətən, dünya təcrüğbəsindən də belə grünüb ki, yeni hakimiyyətə gələn hər hansı bir şəxs özündən əvvəlki barədə o qədər də yaxşı fikir sərgiləmir. Unutmaq lazım deyil ki, bu gün Ermənistanda hələ də çox sayda məmur əvvəlki hökuməin nümayəndələridirlər. Və onların əksəriyyəti birdən-birə oyunun köhnə qaydalarını tərk edib yeni bir şəkildə yaşamaq niyyətində deyillər. Bunu Paşinyan da, ona havadarlıq edənlər də yaxşı anlayırlar. Sayt burada bir məqamı, insanların səbrinin məhdud olduğunu xatırladır: «Biz ondan boş addımlar deyil, real addımlar və tədbirlər gözləyirik. Korrupsiyaya qarşı mübarizə üçün yeni hökumət strukturları yaratmayın. Ölkədə bir həftə ərzində korrupsiyaya uğramış məmurlara basqın edə biləcək müvafiq orqanlar var və onların köməyindən yararlanmaq lazımdır. Bizi boş vədlərlə aldatdığın bəsdir. Xalqın ədaləti idarə etməyə qalxa biləcəyini unutmayın. Bu vaxt bu mübarizə təkcə korrupsionerlərə qarşı deyil, həm də xalqın güvəninə haqq qazandırmayan yeni səlahiyyətlilərə qarşı da olacaq”.
Erməni saytı daha sonra yazır: «Bu gün Ermənistanda koorupsiyanın aradan qaldırılmaması, əsasən, əvvəlki hökumətin maneə törətmə faktı ilə bağlıdır. Onlar hər vəchlə eyni şəkildə hərəkət etməyə davam edəcəklər. Çünki onlar siyasi intiqam almaqda israrlıdırlır. Serj Sarkisyanın bütün planlarının daşıyıcısı olan Şarmazanov da hələ heç nə deməyib. Biz bu gün yeni hökumətin sürətli dəyişikliklərini gözləyərkən ölkədə baş verənlərin mahiyyətini anlamalıyıq. Yoxsa, məşhur piterli şəxsin dediyi kimi, ölkədə yeni pişiklərin doğulacağını görəcəyik».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


20.09 12:07
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info