“Ermənistan reallığı dərk etsə, regionda sülh bərqərar olar”
Tarix: 23.05.2018 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Azərbaycan dövlətinin torpaqlarının Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalması məsələsi ölkəmizə gələn istənilən rəsmi dövlət nümayəndələrinə çatdırılır. Xüsusən, Prezident İlham Əliyev tərəfindən, bu baxımdan, daimi çıxışlar olur. Elə mayın 21-də ölkəmizə rəsmi səfər edən Serbiya Prezidenti Aleksandr Vuçiçə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verilib. Prezident İlham Əliyev Serbiya dövləti ilə sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatla çıxışında deyib ki, ölkələrimizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı məsələlərdə bütün beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik: “Üzləşdiyimiz münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkələrimizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində öz həllini tapmalıdır. Bu məsələ ilə bağlı biz daim bir-birimizə qarşılıqlı dəstək göstəririk və bundan sonra da göstərəcəyik”.
Öz növbəsində Serbiya Prezidenti bəyanatında Azərbaycanda onun ölkəsinin müstəqilliyinin və suverenliyinin dəstəklənməsinə görə minnətdarlıq edib: “Biz də öz növbəmizdə Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləyirik. Hər iki ölkənin bu mövqeyi dəyişməz olaraq qalacaqdır”.

“Serbiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyəcək”
Qeyd edək ki, Serbiya Prezidenti Aleksandr Vuçiç ötən gün Milli Məclisin sədri Oqtay Əsədovla görüşündə Qarabağ məsələsinə toxunub. Serbiya dövlətinin başçısı qeyd edib ki, ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək. O, Serbiyanın ərazi bütövlüyü və suverenliyi məsələsində göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib. Vurğulayıb ki, Serbiya da hər zaman Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyəcək.
Xatırladaq ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra baş nazir Nikol Paşinyan və digər rəsmilər separatçı Dağlıq Qarabağ rejiminin münaqişə tərəfi olduğuna və danışıqlarda tərəf kimi iştirakının vacibliyinə dair bəyanatlarla çıxış edirlər. Bununla bağlı XİN-in Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Ermənistanın bu kimi qeyri-ciddi və əsassız açıqlamaları ilə beynəlxalq ictimaiyyət Ermənistanın münaqişənin həlli prosesində destruktiv siyasətinin, populizm və siyasi avantüra ilə məşğul olduğunun növbəti dəfə şahidi olur. O bildirib ki, Ermənistan Respublikası BMT Nizamnaməsinin 2 (4) maddəsini kobud şəkildə pozaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq edib və Azərbaycanın ərazilərini işğal edib: "ATƏT-in mart 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə Minsk qrupu yaradılıb, münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycan, münaqişədə maraqlı tərəflər kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları tanınıb. Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Azərbaycan ərazilərini qeyri-qanuni işğalı və bu ərazilərdə hərbi mövcudluğuna dair məsuliyyətini davamlı şəkildə inkar etməsinə əsaslı formada son qoydu. “Çiraqovlar və digərləri Ermənistana qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi təsbit edib.
Azərbaycana qarşı başlayan və bu günədək davam edən təcavüz və ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin hərbi işğalı, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu, yüz minlərlə Azərbaycan vətəndaşının işğal edilmiş ərazilərdən qovulması və bu ərazilərdə evlərinə qayıdaraq mülkiyyətlərindən istifadəsinə imkan verilməməsinə cavabdeh olan Ermənistan Respublikası baş vermiş və davam edən beynəlxalq hüququn pozulmasına görə tam beynəlxalq məsuliyyət daşıyır”.

“Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən çıxması ilə regionda davamlı sülh və təhlükəsizlik təmin oluna bilər”
O bildirib ki, Azərbaycana qarşı gücdən istifadəyə və Azərbaycan ərazilərinin hərbi işğalına görə daşıdığı beynəlxalq hüquqi məsuliyyətinə görə münaqişə tərəfi məhz Ermənistan Respublikasıdır: “ İşğalçı dövlət olaraq Ermənistanla 25 ildən artıq dövr ərzində danışıqların aparılması Azərbaycanın ən böyük güzəştidir.
Ermənistanın əvvəlki rejimin səhvlərini təkrarlamayaraq, işğal və etnik təmizləmə siyasətinə son qoyması və öz qoşunlarını BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarması ilə regionda davamlı sülh və təhlükəsizlik təmin oluna bilər. Ermənistan bu reallığı nə qədər tez dərk edərsə, bir o qədər tez regionda sülh bərqərar olar".
Yeri gəlmişkən, politoloq Mübariz Əhmədoğlu “Azadinform”a Ermənistanın cəbhə bölgəsində atəşkəs rejimini pozması ilə bağlı açıqlama verib: “Rəsmi Yerevan müntəzəm sürətdə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində və Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs rejiminin pozulması ilə bağlı məlumatlar yayır. Bir il bundan qabaq həftə ərzində 1500-2000 dəfə atəşkəs rejimi pozulurdu. Son bir ildə bu rəqəm 200-300-ədək xeyli azalıb”.
Bildirib ki, Ermənistanda mitinq günlərində atəşkəs rejiminin pozulmasının sayı ilə bağlı rəsmi Yerevanın yaydığı məlumatda da trend azalma istiqamətində idi: “Rəsmi Yerevanın məlumatına görə, son həftə ərazində atəşkəs rejimi 50 dəfə pozulub. Atəşkəs rejimi ilə bağlı dinamikanın müqayisəli təhlili vəziyyətin tam sabit olduğunu göstərir. Azərbaycan-Ermənistan dövlət sərhədində və qoşunların təmas xəttində atəşkəs rejiminin bərqərar olması tam aydındır. Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT MQ həmsədrləri ilə görüşündə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Kaspşik də təsdiqlədi. Yeni müdafiə naziri David Tonoyan isə Kaspşiklə görüşü zamanı ona bunun tərsini sübut etmək istəyirdi. Atəşkəs rejimi barədə məlumatı rəhbərlik etdiyi qurumun yaydığını unutdu”.

“Ermənistan atəşkəs rejiminin pozulmasını bir daha bəhanə etməməlidir”
Politoloq vurğulayıb ki, ermənilər bu vaxtadək məhz atəşkəs rejiminin tez-tez pozulmasının sülh danışıqlarına maneçilik törətdiyini iddia edirdilər: “İndi atəşkəs rejimi bərqərar olub. Amma Ermənistan yenə sülh danışıqlarının başlamamasına və uğurla nəticələnməməsinə çalışır, bəhanə axtarır. David Tonoyandan bir az öncə Nikol Paşinyanın Dağlıq Qarabağda səsləndirdiyi fikirlərin ümumi konteksti və Ermənistan Xarici İşlər Nazirliyinin 3 bəyanatı göstərir ki, ermənilər danışıqlara hazır deyillər. Amma danışıqlara hazır olmamalarını atəşkəs rejiminin pozulması adı altında gizlətmək niyyətindədirlər. Məhz beynəlxalq ictimaiyyətin narahatlığıdır ki, Ermənistanda hələ inqilab dövrlərində olunan müraciətlərdə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ön plana çıxarılırdı. Aİ-nin xarici siyasət məsələləri üzrə təmsilçisi Moqerininin Nikol Paşinyana göndərdiyi müraciət və yaxud ABŞ prezidenti Trampın göndərdiyi məktubdakı Dağlıq Qarabağa dair hissə bunu aydın göstərir. Rusiya tərəfinin də mövqeyində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ön plandadır. Ermənistan atəşkəs rejiminin pozulmasını bir daha bəhanə etməməlidir”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”
14.09.2018
İspaniya mediası: “BMT qətnamələrinə uyğun olaraq Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərini tərk etməlidir”
13.09.2018
“Washington Times“: “Azərbaycanla sülh Ermənistanda demokratiyanın ilkin şərtidir
12.09.2018
ATƏT Ermənistanın yeni hakimiyyətinin özbaşınalığına son qoymalıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info