ABŞ Konqresinin üzvü AXC-nin yubileyi münasibətilə bəyanat verib
Tarix: 23.05.2018 | Saat: 07:25:00 | E-mail | Çapa göndər


ABŞ Konqresinin üzvü, Konqresin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasında (Helsinki Komissiyası) demokratların rəhbəri Alsi Heystinqs (demokrat, Florida) Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə ABŞ Konqresinin Nümayəndələr Palatasında bəyanatla çıxış edib.
AZƏRTAC xəbər verir ki, bəyanatda 1918-ci il mayın 28-də müstəqil dövlət qurmuş Azərbaycan Respublikasına təbrik ünvanlanır. Qeyd edilir ki, İstiqlal Bəyannaməsi qəbul edən Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlament respublikası idi.
Diqqətə çatdırılır ki, bolşevik işğalına məruz qalan Azərbaycanda sovet hakimiyyəti qurulur və respublika SSRİ-nin tərkibinə qatılır. Sovet İttifaqı dağılarkən Azərbaycan xalqı yenidən müstəqillik hərəkatına başlayıb və 1991-ci il avqustun 30-da müstəqilliyini bərpa edib. ABŞ Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 25-də tanıyıb. Bəyanatda ABŞ-ın həmin tarixdən etibarən Azərbaycan Respublikasının dövlət müstəqilliyini, suverenliyini və beynəlxalq ictimayyət tərəfindən tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəklədiyi xüsusi vurğulanır.
Azərbaycanın xüsusən 2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ-a dost olması ilə seçildiyi, ABŞ-a qarşı o hücumları həyata keçirən şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılması üçün Azərbaycanın ABŞ-a təmənnasız yardım etdiyi diqqətə çatdırılır. Həmçinin, ABŞ-ın əziz dostu olan İsrail ilə də Azərbaycanın dost olduğu bəyanatda qeyd edilir. 2017-ci ildə Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin 25 illiyinin qeyd edildiyi və bu münasibətlərə nümunə kimi iki dövlət arasında geniş ticarət əlaqələrinin və regionda enerji təhlükəsizliyinin güclənməsinə öhdəliyin olması nümunə gətirilir.
Bəyanatın sonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi münasibətilə Azərbaycan xalqına səmimi təbriklər çatdırılır.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Ukraynada yaşayan azərbaycanlı prezidentliyə namizədlik üçün sənədlərini MSK-ya təqdim edib
16.01.2019
Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
16.01.2019
Aleksandr Duqin: Rusiya Azərbaycanla daha çox yaxınlaşır
16.01.2019
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
16.01.2019
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info