May ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb
Tarix: 23.05.2018 | Saat: 11:21:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən may ayının pensiyalarının ödənişi prosesi pensiyaların maliyyələşdirilməsi qrafikinə əsasən respublikamızın bütün rayon və şəhərləri üzrə  tam və vaxtlı-vaxtında həyata keçirilib.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hələ mayın 8-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə,  mayın 14-də əhalisi məcburi köçkün olan rayonlar da daxil olmaqla, daha 22 rayon üzrə,  son iki gündə isə qalan rayonlar üzrə pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzi xəzinə hesabından yerli orqanların hesablarına köçürülüb.
 
“Beləliklə, bu gün mayın 24-də respublikanın bütün rayon və şəhərləri üzrə may ayının pensiyalarının ödənişi artıq yekunlaşıb. Qrafik əsasında hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçıların pensiyalarının onların hesablarına köçürülməsi isə yaxın günlərdə təmin olunacaq”, - deyə məlumatda qeyd olunub.
 
Xatırladaq ki, pensiyaların ölkə üzrə maliyyələşdirilməsi qrafikinə əsasən, Azərbaycanda pensiyaların ödənişi Naxçıvan Muxtar Respublikası üzrə hər ayın 11-dək, Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək, əhalisi məcburi köçkün olan rayonlar üzrə hər ayın 16-dək, respublika tabeli şəhərlər üzrə hər ayın 18-dək, digər rayonlar üzrə hər ayın 24-dək, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçılar üzrə hər ayın 29-dək yekunlaşdırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.08.2018
Muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 541,1 manat olub
17.08.2018
Respublika Komissiyası: Fermerlərə daha 57,5 milyon manat subsidiya ödəniləcək
17.08.2018
Şərurlu fermerlər və onların ailə üzvləri müayinədən keçiriliblər
16.08.2018
Avqust ayı üzrə pensiyaların maliyyələşdirilməsi təmin edilib
16.08.2018
Qubalı arıçı istehsal etdiyi balı Yaponiyadan olan müştərilərə satır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9904

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
5 Türkiyə mediası V Zirvə toplantısından yazır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info