“Sumqayıtı tanıyaq” devizi ilə maarifləndirici tur-aksiya keçirilib
Tarix: 23.05.2018 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı və “ASAN xidmət”in dəstəyi ilə həyata keçirilən “Məktəblinin dostu” layihəsinin iştirakçıları Sumqayıtda olublar.
AZƏRTAC xəbər verir ki, “Sumqayıtı tanıyaq” devizi ilə keçirilən tur-aksiyada YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, gənclərlə iş üzrə sədr müavini Elmar Xəlilov və bir qrup fəal partiya üzvü yaxından iştirak edib, Biləcəri qəsəbəsi Qamət Abbasov adına 284 saylı tam orta məktəbin şagirdlərinə şəhərdə görülən işlər barədə ətraflı məlumat veriblər.
Məktəblilər ilk olaraq Heydər Əliyev adına parkda yerləşən Səid Rüstəmov adına 3 saylı uşaq incəsənət məktəbi ilə tanış olublar. Daha sonra tur Sumqayıt şəhər Şahmat məktəbi və Heydər Əliyev Mərkəzində davam edib. Bunun ardınca müvafiq olaraq YAP Sumqayıt şəhər təşkilatının yeni inzibatı binası, Sumqayıt Dövlət Universiteti, Sumqayıt Tarix Muzeyi, Şəhidlər Xiyabanı, Dənizkənarı Bulvar və Nəsimi parkına səfər təşkil olunub.
Bildirilib ki, Sumqayıt son illər əsaslı tikinti və quruculuq meydanına çevrilib. Xüsusilə, Prezident İlham Əliyevin qayğısı sayəsində şəhərdə 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərindən abadlıq-quruculuq, yaşıllaşdırma sahəsində irimiqyaslı layihələrin icrasına başlanılıb və qısa müddətdə uğurla başa çatdırılıb. Prezident İlham Əliyevin 2017–ci il dekabrın 15-də Sumqayıta etdiyi səfər isə dövlətimizin başçısının bu şəhərə olan qayğısının bariz nümunəsi kimi tarixə düşüb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilir
21.07.2019
İranda qum qasırğası 13 kəndin yolunu bağladı
21.07.2019
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 62-yə çatıb
21.07.2019
Birləşmiş Ərəb Əmirliklərində xurma festivalı keçirilir
21.07.2019
Siqaret kötükləri təbiəti məhv edir və bitkilərə ziyan vurur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info