“Facebook”da yeni funksiyalar istifadəyə veriləcək
Tarix: 23.05.2018 | Saat: 19:11:00 | E-mail | Çapa göndər


“Facebook” sosial şəbəkəsi istifadəçinin internetdə fərdi məlumatlara nəzarət üçün bir sıra yeni alətlər, o cümlədən konkret hesaba bağlı məlumat tarixçəsinin silinməsi imkanını təklif edəcək. Bu barədə sosial şəbəkə rəhbəri Mark Sukerberq bildirib.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, Brüsseldə Avropa Parlamentində çıxış edən M.Sukerberq qeyd edib ki, sosial şəbəkə Avropa İttifaqında fərdi məlumatların mühafizəsi qaydalarına əlavə olaraq daha geniş nəzarətin təmini üzərində çalışır.
O, həmçinin bəyan edib ki, şirkət “Facebook”da əksər yalan məlumatlara və dezinformasiyaya səbəb olan saxta hesabların ləğv edilməsi üçün süni intellekt texnologiyalarından istifadə edir.
“2017-ci ildə Fransada prezident seçkiləri ərəfəsində şirkətin sistemləri tərəfindən 30 mindən çox saxta səhifə aşkarlanaraq məhv edilib”, - M.Sukerberq vurğulayıb.
Avropa Parlamenti M.Sukerberqi Brüsselə assambleya fraksiyasının rəhbərinin “Facebook”da Avropa İttifaqı vətəndaşlarına məxsus fərdi məlumatların sızması ilə əlaqədar aparılan araşdırmalarla bağlı sualını şəxsən cavablandırmaq üçün dəvət edib. Araşdırmalara Britaniyanın “Cambridge Analytica” marketinq şirkətinin fəaliyyəti ətrafında baş verən qalmaqalla əlaqədar başlanılıb. Avropa İttifaqı ABŞ-da prezident seçkiləri və Böyük Britaniyanın Aİ-dən çıxması üzrə referendum zamanı “Facebook” istifadəçilərinə məxsus fərdi məlumatların istifadə olunub-olunmamasını dəqiqləşdirmək niyyətindədir.
Qeyd edək ki, mayın sonunda Avropa İttifaqında yeni fərdi məlumatların mühafizəsi qaydaları (General Data Privacy Regulations - GDPR) qüvvəyə minəcək. Yeni reqlament şirkətlər tərəfindən istifadəçilər üçün fərdi məlumatların mühafizəsi funksiyalarının quraşdırılmasını nəzərdə tutur. Məsələn, istifadəçilərə fərdi məlumatları tam ləğv etmək hüququ veriləcək, eləcə də 16 yaşdan aşağı şəxslərin fərdi məlumatlarından istifadə üçün onların valideynlərinin və ya qəyyumlarının icazəsi tələb olunacaq. Reqlament tələbləri pozulacağı təqdirdə şirkətlər pozuntunun dərəcəsindən asılı olaraq 20 milyon avro və ya illik dövriyyənin 4 faizi məbləğində cərimə oluna bilərlər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aya uçacaq ilk turist o oldu - 42 yaşlı milyarder kimdir?
17.09.2018
Britaniyalı alimlər “ağıllı şalvar“ hazırlayıblar
13.09.2018
Dayver köpək balığını hipnoz edib
13.09.2018
Banan yeməklə siqaret asılılığından xilas olmaq mümkündür
12.09.2018
Çin pilotsuz metro qatarı təqdim edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info